Əlixan Musayev:
(Kafirlər) dedilər: “Sən bizi sehrləmək üçün nə qədər möcüzə gətirsən də, biz sənə inanan deyilik!”
Bünyadov-Məmmədəliyev:
(Firon adamları Musaya) dedilər: “Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!”
Elmir Quliyev
:
Они сказали: "Какие бы знамения ты ни показывал, чтобы околдовать нас ими, мы не поверим тебе".
Ələddin Sultanov:
Onlar dedilər: “Bizi sehrləmək üçün nə qədər möcüzə gətirsən də sənə iman gətirən deyilik”.
Kerbelayi Malik ağa:
Belə dedilər: ‘Onunla bizi ovsunlamaq üçün bizə ayələrdən (möcüzələrdən) nə gətirsən də, yenə biz sənə inanan deyilik.’
Ələsgər Musayev:
Dedilər: «Nə qədər sən ayətlərdən gətirəsən, ta onunla bizə sehr edəsən, sənə inanmarıq!»
A.Mehdiyev və D.Cəfərli:
Və dedilər: «(Ey Musa,) bizə, bizi sehrləməyin üçün hər nə nişanə və möcüzə gətirsən, biz sənə əsla iman gətirən deyilik».
Kövsər Tağıyev:
Dedilər ki: “Bizi ovsunlamaq üçün nə gətirirsən gətir, biz sənə inanan deyilik”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Sən bizi sehrləmək üçün nə qədər dəlil gətirsən də, biz sənə inanan deyilik!"
Sabirə Dünyamalıyeva:
Və Fironun qövmü, "Sən bizi sehrləmək üçün bizə nə qədər nişanə/işarət gətirsən də biz sənə inana deyilik." dedilər.