Ənam Surəsi 133. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Rəbbin Zəngindir, mərhəmət sahibidir. İstəsə, sizi məhv edər sizi başqa bir qövmün nəslindən yaratdığı kimi sizdən sonra da yerinizə dilədiyini gətirər.
Bünyadov-Məmmədəliyev:
Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi məhv edib yerinizə dilədiyini gətirər.
Elmir Quliyev :
Господь твой богат и обладает милостью. Если Он пожелает, то уничтожит вас и сделает вашими преемниками, кого пожелает, подобно тому, как Он сотворил вас из потомства других людей.
Ələddin Sultanov:
Rəbbin heç bir şeyə möhtac deyildir, mərhəmət sahibidir. Sizi başqa bir qövmün nəslindən yaratdığı kimi, istəsə, sizi məhv edər sizdən sonra istədiyini sizin yerinizə gətirər.
Kerbelayi Malik ağa:
Sənin Rəbbin ğanidir (zəngindir, heç bir şeyə ehtiyacı yoxdur) rəhmət sahibidir. Dilərsə sizi yox edər, sizi başqa bir qövmün nəslindən yaratdığı kimi, sizdən sonra da yerinizə dilədiyini gətirər.
Ələsgər Musayev:
Küllisi üçün dərəcələr nədən ki, əməl edirlər deyil Rəbbin qafil ilə nədən ki, əməl edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Rəbbin ehtiyacsız rəhmət sahibidir. Əgər istəsə sizi aradan aparar sizdən sonra, sizi başqa bir dəstənin nəslindən vücuda gətirdiyi kimi istədiyini (insan ya qeyrisini) sizin canişininiz edər.
Kövsər Tağıyev:
Rəbbin hər baxımdan hədsiz zəngindir, rəhmət sahibidir. Sizi başqa bir qövmün soyundan gətirdiyi kimi, istərsə, sizi aradan qaldırar (yox edər) sizdən sonra da yerinizə istədiyini gətirər.
M.Qənioğlu və T.Bilaloğlu:
Sənin Rəbbin heç nəyə möhtac deyildir mərhəmət sahibidir. İstəsə sizi məhv edər sizi başqa xalqın nəslindən törədib yaratdığı kimi, özünüzdən sonrakı istədiyi kəslərlə əvəz edər.
Sabirə Dünyamalıyeva:
sənin Rəbbin çox zəngindir/heç bir şeyə möhtac deyil, mərhəmət sahibidir. Sizi, başqa tayfaların nəslindən gətirdiyi kimi, istəsə, sizi yox edər sizdən sonra da yerinizə istədiyini gətirər.