Bəqərə Surəsi 134. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıq-ları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız.
Bünyadov-Məmmədəliyev:
Onlar (İbrahim, Yəqub onlara tabe olanlar) bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz.
Elmir Quliyev :
Этот народ уже миновал. Они получат то, что они заслужили, а вы получите то, что вы заслужили, и вы не будете спрошены о том, что они совершали.
Ələddin Sultanov:
Onlar gəlib keçmiş bir ümmət idi. Onların qazandıqları özlərinə, sizin qazandıqlarınız da sizə aiddir. Siz onların gördüyü işlərdən hesaba çəkilməyəcəksiniz.
Kerbelayi Malik ağa:
Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandığı şeylər özlərinə, sizin qazandıqlarınız sizə aiddir. Onların etdiklərindən siz sorğu-sual olunmayacaqsınız.
Ələsgər Musayev:
Bu ümmət, əlbəttə xələdir. Onun üçündür kəsb etdi sizin üçündür kəsb etdiniz sual olunmazsınıznədən ki, oldular əməl edənlər.
A.Mehdiyev və D.Cəfərli:
Onlar bir ümmət idilər ki, keçib-getdilər. Onların əldə etdikləri özlərinə, siz (kitab əhlin)in əldə etdiyiniz isə sizə aiddir siz əsla onların etdikləri əməllər barəsində sorğu-sual edilməyəcəksiniz.
Kövsər Tağıyev:
Onlar keçib getmiş bir ümmətdir. Onların qazandıqları özlərinin, sizin qazandıqlarınız sizindir. Siz onların etdiklərindən məsul tutulmazsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar bir tayfa idilər ki, keçib getdilər. Onların qazandıqları özlərinin, sizin qazandıqlarınız özünüzündür. Onların əməllərindən ötrü siz sorğu-sual edilməzsiniz.
Sabirə Dünyamalıyeva:
Onlar, keçib gedən bir ümmət idi. Onların qazandıqları özlərinindir, sizin qazandıqlarınız isə özünüzündür. Siz onların etdiklərinə görə məsuliyyət daşımırsınız.