Taha Surəsi 135. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
De: “Hamı gözləyir, siz gözləyin. (Yaxında) siz kimin doğru yol sahibi olduğunu kimin haqq yola yönəldiyini biləcəksiniz!”
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) De: “Hamı (axirət) gözləməkdədir, siz gözləyin. (Qiyamət günü) doğru yol sahiblərinin kimlər (biz, yoxsa siz) olduğunu kimin haqq yolu tapdığını (hidayətə yetişdiyini) biləcəksiniz!”
Elmir Quliyev :
Скажи: "Все ждут, и вы подождите. Вы узнаете, кто идет прямой дорогой и следует прямым путем".
Ələddin Sultanov:
De ki: “Hamı gözləyir. Siz gözləyin! Kimlərin doğru yol sahibi olduğunu kimlərin haqq yolda olduğunu yaxında biləcəksiniz”.
Kerbelayi Malik ağa:
De ki: ‘Hər kəs gözləməkdədir, elə isə siz gözləyin! Artıq kim Sirati Səviyyə (Sirati Müstəqim ) əhlidir (üzərindədir) kim hidayətə ərmişdir, yaxında biləcəksiniz.
Ələsgər Musayev:
De: «Küllisi gözləyir, siz gözləyənlərdən olun, biləcəksiniz kimdir əshabı səviyyəli yolun kim hidayət olub!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Hər birimiz (həm siz həm biz) gözləyirik (biz Allahın düşməninin məğlub dinin kamil olması haqqında Onun vədinin gerçəkləşməsini, siz isə bizim məğlub olmağımızı dəvətimizin puç olmasını gözləyirsiniz). Buna görə gözləyin. Tezliklə doğru yolun sahiblərinin kimlər olmasını kimin doğru yolu tapmasını biləcəksiniz.
Kövsər Tağıyev:
Ey Muhamməd, de ki: “Hər kəs gözləyir, siz gözləyin. Yaxında kimin doğru yolun sahibləri olduğunu, kimin doğru yolu tapdığını biləcəksiniz!”
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Hamı gözləyir, siz gözləyin. Onda siz kimin doğru yol sahibi olduğunu kimlərin düz yola çıxdığını bilərsiniz!"
Sabirə Dünyamalıyeva:
De ki: "Hər kəs gözləyir. Siz gözləyin. Şübhəsiz ki, düz yolun sahiblərinin kimlər olduğunu kimlərin yönləndirildiyi doğru yolu tapdığını tezliklə; olacak o vaqiə olduğu zaman -ki o vaqiənin olması haqqında yalan söyləyən yoxdur. O vaqiə, alçaldandır, ucaldandır- yer üzü şiddətlə hərəkətə gəlib sarsıldığı dağlar xırdalanıb toza-toprağa çevrildiyi zaman sizlər üç yoldaş zümrəyə bölündüyünüz zaman biləcəksiniz.