Əlixan Musayev:
Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!
Elmir Quliyev
:
О те, которые уверовали! Свидетельствуя перед Аллахом, отстаивайте справедливость, если даже свидетельство будет против вас самих, или против родителей, или против близких родственников. Будет ли он богатым или бедным, Аллах ближе к ним обоим. Не потакайте желаниям, чтобы не отступить от справедливости. Если же вы скривите или уклонитесь, то ведь Аллах ведает о том, что вы совершаете.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Özünüzün, ataananızın və ya qohumlarınızın əleyhinə olsa belə, daim ədaləti təmin edən və) Allah üçün şahidlik edən kimsələr olun! (Haqqında şahidlik etdiyiniz kimsələr) istər varlı, istər kasıb olsun, Allah hər ikisinə də (sizdən) daha yaxındır. Nəfsinizin arzusuna uyaraq haqdan üz çevirməyin! Əgər (yalan danışaraq dilinizi) bükər, yaxud (şahidlikdən) boyun qaçırarsınızsa, (bilin ki,) həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Özünüzün, valideynlərinizin və yaxınlarınızın əleyhinə olsa belə, zəngin və ya kasıb da olsalar, Allah üçün ədaləti yerinə yetirən şahidlər olun. Çünki Allah ikisinə də daha yaxındır. Ədalətli davranmaq üçün artıq həvanıza (nəfsinizə) uymayın. Əgər dilinizi əyib büksəniz (sözü dəyişdirsəniz, doğruyu söyləməsəniz) və ya (haqqdan, ədalətdən) üz çevirsəniz, o təqdirdə şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdar olandır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Möhkəm insaflı Allah
şahidləri olun, əgər olsa belə üzərində nəfsinizin, ya
valideynlərin və ya yaxınların. Əgər olarsa ehtiyacsız, ya fəqir-
Allah onlara daha yaxındır. Tabe olmayin havayı istəyinizə
ki, ədaləti saxlayasınız. Əgər dilinizi əyib-büzəsiniz, ya üz
döndərəsiniz, həqiqətən, Allah Xəbirdir nə ilə ki, əməldəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin. Əgər (dava edən tərəflərdən biri) imkanlı ya yoxsul olsa (siz onların vəziyyətlərini nəzərə alaraq haqqa zidd şahidlik etməyin, çünki) Allah onlara (onların halını nəzərə almağa) daha layiqlidir. Buna görə də nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz. Əgər dil(inizi nahaq tərəfə) əysəniz ya (şəhadət verməkdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən Allah etdiklərinizdən həmişə xəbərdardır.
Kövsər Tağıyev:
Ey iman edənlər! Özünüz, ata-ananız və ən yaxınlarınız əleyhinə də olsa, Allah üçün şahidlik edərək ədaləti qoruyub saxlayan kimsələr olun. (Şahidlik etdikləriniz) varlı da olsa, kasıb da olsa, (ədalətdən ayrılmayın). Çünki Allah ikisinə də daha yaxındır. (Onların qeydinə sizdən çox qalır.) Elə isə ədaləti yerinə yetirməkdə nəfsinizə uymayın. Əgər (şahidlik edərkən həqiqəti) təhrif etsəniz və ya (şahidlikdən) boyun qaçırsanız (bilin ki), şübhəsiz, Allah etdiklərinizdən haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! (Şahidləriniz) özünüzün, yaxud valideynlərin və qohum-əqrəbanın əleyhinə olsa belə ədaləti əldə tutaraq Allah şahidləri olun. (Haqqında şahidlik etdiyiniz kəs), istər varlı olsun, istər kasıb - Allah onların ikisinə də daha yaxındır, - həva-həvəsə uymayın ki, ədalətli olasınız. Əgər əyri danışıb (həqiqətdən) üz çevirsəniz, həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Özünüz, ana-atanız və yaxın qohumlarınız əleyhinə də olsa, Allah üçün şahidlik edən kəslər olaraq haqqaniyeti tamamilə qoruyan/nəzərə alan kəslər olun. İstər zəngin olsun, istər kasıb olsun, bilin ki, Allah ikisinə də daha yaxındır. Artıq ədaləti təmin edə bilmək üçün boş, müvəqqəti arzunuza uymayın. Əgər [dilinizi] əyib-büzsəniz və ya boyun qaçırsanız, bilin ki, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır.