Əlixan Musayev:
Sizdən öncə də neçə-neçə (ilahi) qanunlar olub keçmişdi. Odur ki, yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə olmuşdur.
Bünyadov-Məmmədəliyev:
(Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əhvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!
Elmir Quliyev
:
До вас также случалось подобное (люди подвергались искушению, подобному тому, которому верующие подверглись во время сражения при Ухуде). Постранствуйте по земле и посмотрите, каким был конец тех, кто считал лжецами посланников.
Ələddin Sultanov:
Sizdən əvvəl neçə-neçə ilahi qanunlar gəlib keçmişdir. Ona görə də, yer üzündə dolaşın və yalançıların aqibətinin necə olduğunu görün!
Kerbelayi Malik ağa:
Sizlərdən əvvəl (bir çox qövmlərdə) Allahın qanunları gəldi, getdi. Artıq yer üzündə gəzib dolaşın (Allahın ayələrini) beləcə yalanlayanların aqibəti necə olmuş baxıb görün.
Ələsgər Musayev:
Əlbəttə, keçib getdilər sizdən qabaq nümunəvi adətlərlə
və seyr edin ərzi və nəzər salın necə oldu aqibəti yalançıların!
A.Mehdiyev və D.Cəfərli:
?lb?tt?, sizd?n onc? ilahi ?n?n?y? (Allah?n d?yism?z ?n?n?vi qanunlar?na) ?sas?n (kutl?vi m?hv etm?l?r kimi) bir s?ra hadis?l?r otub kecmisdir. Odur ki, yer uzund? g?zib-dolan?n v? t?kzib ed?nl?rin aqib?tinin nec? olmas?na bax?n.
Kövsər Tağıyev:
Sizdən əvvəl(ki millətlərin başından) nə hadisələr keçmişdir. Yer üzündə gəzib dolaşın, təkzib edənlərin sonunun necə olduğunu bir görün.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizdən əvvəl də neçə-neçə millət gəlib keçmişdir. Yer üzündə gəzib dolaşın və yalançıların aqibətinin necə olduğuna bir nəzər salın.
Sabirə Dünyamalıyeva:
Həqiqətən sizdən əvvəl vaqeələr gəlib keçdi. Haydı, yer üzündə gəzib-dolaşın, təkzib edənlərin aqibətinin necə olduğunu görün.