Əlixan Musayev:
Şübhəsiz ki, iman gətirib sonra kafir olan, yenə iman gətirib sonra kafir olan, sonra da küfrlərini artıranları Allah bağışlamayacaq və (doğru) yola yönəltməyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
(Əvvəlcə) iman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir!
Elmir Quliyev
:
Воистину, Аллах не простит и не наставит на путь тех, которые уверовали, затем стали неверующими, затем опять уверовали, затем опять стали неверующими, а затем приумножили свое неверие.
Ələddin Sultanov:
Həqiqətən, iman gətirib sonra kafir olan, sonra yenə iman gətirib, yenə kafir olan, sonra da küfrlərini artıran kimsələri Allah nə bağışlayar, nə də doğru yola yönəldər. (Bunlar, qəlblərində iman tam olaraq yerləşməyib qərarsız olan və iman ilə küfr arasında ömür sürən, axırda da küfrün tərəfində yer alan kafir və münafiqlərdir.)
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar amənu oldular, sonra inkar etdilər. Sonra yenə amənu oldular, sonra inkar etdilər. Daha sonra da küfrlərini artırdılar. Allah onları mağrifət edəcək deyil və onları yola (Sirati Müstəqimə) hidayət edəcək deyil.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər ki, inandılar, sonra kafir oldular, sonra
inandılar, sonra bir daha kafir oldular, sonra küfrlərini
artırdılar, heç vaxt Allah onları bağışlamayacaq və hidayət
etməyəcək onları yola.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Allah iman gətirib sonra kafir olan, (daha sonra) yenə iman gətirib bir daha kafir olan, daha sonra küfrlərini artıran kəsləri, əsla bağışlayan və (doğru) yola hidayət edən deyildir. (İman və küfr halları bir neçə dəfə təkrar olunmuş və nəhayət küfr üzərində dayanan kəslər iman gətirməyə nail ola bilməzlər.)
Kövsər Tağıyev:
İman edib sonra inkar edən, sonra inanıb yenidən inkar edən, sonra da inkarlarında dərinə gedənlər ki var, Allah onları bağışlayan da deyil, doğru yola yönəldən də deyil.
M.Qənioğlu və T.Bilaloğlu:
lman gətirib sonra küfr edənlər, sonra iman gətirib (yenə) küfr edənlər, sonra isə öz kafirliklərini artıranlar üçün Allah nə onları bağışlayandır, nə də onlara bir yol göstərəndir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, iman gətirib sonra küfr işləyən [bilə-bilə inkar edən/inanmayan], sonra iman gətirib yenə küfr işləyən [bilə-bilə inkar edən/inanmayan], sonra da Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd etməyi şiddətləndirən kəslər; Allah onları bağışlayası və [doğru] bir yola yönləndirəsi deyil.