Əraf Surəsi 138. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz İsrail oğullarını dənizdən ke-çirtdik onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa! Onların tanrıları olduğu kimi, bizim üçün bir tanrı düzəlt”. (Musa) dedi: “Həqiqətən, siz, cahil bir tayfasınız.
Bünyadov-Məmmədəliyev:
Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!
Elmir Quliyev :
Мы переправили сынов Исраила (Израиля) через море, и они прибыли к народу, который был предан своим идолам. Они сказали: Муса (Моисей)! Сделай нам божество, такое же, как у них". Он сказал: "Воистину, вы невежественные люди.
Ələddin Sultanov:
İsrail oğullarını dənizdən keçirtdik onlar, özlərinə xas bütlərə sitayiş edən bir qövmlə rastlaşdılar. (İsrail oğulları) dedilər: “Ey Musa! Bizə onların ilahları kimi bir ilah düzəlt!” Musa dedi: “Həqiqətən, siz cahil bir qövmsünüz.
Kerbelayi Malik ağa:
İsrail oğullarını dənizdən keçirdik özlərinin olan (yalnız onlara aid) bütlərə davamlı tapınan bir qövmlə rastlaşdılar. Belə dedilər: ‘Ey Musa! Onların ilahları kimi bizə ilah düzəlt.’ Musa (ə.s): ‘Şübhəsiz ki, siz cahillik edən bir qövmsünüz.’ dedi.
Ələsgər Musayev:
Biz Israil oğullarını dənizdən sahilə yetirdik bir qouma yetişdilər ki, onlar öz bütlərinə ibadət edirdilər. Dedilər: «Ay Musa! Et bizim üçün ilahi, qədər onlar üçün ilahilər var!» Dedi: «Həqiqətən, siz cahil qoumsunuz!
A.Mehdiyev və D.Cəfərli:
İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Onlar öz bütlərinə (pərəstiş etməyə) üz tutmuş (bütlərinin) ətrafına toplaşmış bir dəstəyə yetişdilər. (Onlar əsirlikdə olduqları vaxt fironçuların hissiyyata yaxın şeylərə meyl göstərmələrindən təsirləndikləri üçün) dedilər: «Ey Musa, onların məbudları olduğu kimi, sən bizim üçün məbud düzəlt!» (Musa) dedi: «Doğrudan da siz nadanlıq edən bir dəstəsiniz.
Kövsər Tağıyev:
İsrail oğullarını dənizdən keçirdik. Özlərinə aid bütlərə sitayiş edən bir qövmə rast gəldilər. İsrail oğulları: “Ey Musa! Onların özlərinə aid ilahları (bütləri) olduğu kimi sən bizə aid bir büt düzəlt”, dedilər. Musa belə dedi: “Şübhəsiz, siz cahillik edən bir qövmsünüz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz İsrail övladlarını dənizdən keçirtdik onlar öz bütlərinə ibadət edən bir tayfaya rast gəldilər. Onlar dedilər: "Ey Musa, onların tanrıları kimi bizə bir tanrı düzəlt!" O dedi: "Doğrudan da siz cahil adamlarsınız!
Sabirə Dünyamalıyeva:
İsrail oğullarını bol sudan/çaydan[#113] keçirdik. Sonra öz putlarına tapınan bir qövmə rastladılar. Dedilər ki: "Ey Musa! Onların tanrıları olduğu kimi, sən bizim üçün bir tanrı düzəlt!" Musa dedi ki: "Siz həqiqətən cahillik edən bir qövmsünüz.