Ənam Surəsi 139. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar: “Bu mal-qaranın qarınlarındakı (balalar) kişilərimizə halal, qadınlarımıza isə haramdır”– deyirlər. Əgər o (bala) ölü doğularsa, hamısı onu (yeməyə) şərik olurlar. Allah onları (bu) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
(Müşriklər) həmçinin: “Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur (halaldır), onlar qadınlarımıza haram edilmişdir”, - dedilər. Əgər (bala) ölü doğularsa, (kişilər qadınlar) ona (onu yeməyə) ortaqdırlar. (Allah) onlara (bu yalan) vəsflərinin (dəyərləndirmələrinin) cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir!
Elmir Quliyev :
Они говорят: "То, что находится в утробах этой скотины, дозволено нашим мужчинам и запрещено нашим женам". Если же он рождается мертвым, то все они получают право на него. Аллах воздаст им за то, что они приписывали, ведь Он Мудрый, Знающий.
Ələddin Sultanov:
Onlar: “Bu heyvanların qarınlarındakı (balaları) kişilərimizə məxsusdur (halaldır), qadınlarımıza isə haramdır”, - dedilər. Əgər (bala) ölü doğularsa, onlar (kişilər qadınlar) ona ortaqdırlar. (Allah) onlara (bu şəkildəki halal-haram) vəsflərinin cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət sahibidir, hər şeyi biləndir.
Kerbelayi Malik ağa:
Belə dedilər: ‘Bu heyvanların qarnında olanlar yalnız kişilərimizə aiddir. Zövcələrimizə haramdır. Əgər ölü olsa, o təqdirdə (kişi qadınlar onu yeməkdə) onlar ortaqdırlar.’ (Allah bu) vəsflərinə (dəyərləndirmələrinə) görə onları yaxında cəzalandıracaq. Şübhəsiz ki, O, hökm sahibidir, ən yaxşı biləndir.
Ələsgər Musayev:
Gümanlarına görə dedilər: «Bu davar əkin qadağandır; onunla qidalanır ancaq o kəs ki, kimi ki, biz istəyirik». Davar, hansı ki, kürəyi qadağandır davar, hansı ki, üzərində Allahın ismini yad etmirlər - Onun üzərinə iftira edirlər. Cəza verər onlara ilə ki, oldular iftira edənlər!
A.Mehdiyev və D.Cəfərli:
Həmçinin «bu dördayaqlıların qarnındakı (əgər diridirsə) biz kişilərə məxsusdur arvadlarımıza haramdır əgər ölüdürsə, onda hamı şərikdir» dedilər. (Allah) onları tezliklə bu (xoşagəlməz) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən O, (şəriətdə) hikmətli (xeyir ziyanları) biləndir.
Kövsər Tağıyev:
Bir dedilər ki: “Bu heyvanların qarınlarındakı balalar (canlı olarsa,) yalnız kişilərimizə aiddir. Zövcələrimizə isə haramdır”. Əgər ölü olarsa, o zaman onda hamısı ortaqdırlar. Allah onların bu cür dəyərləndirmələrinin cəzasını verəcək. Şübhəsiz, O, hökm hikmət sahibidir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Bu heyvanların bətnlərindəki (bala) bizim kişilərimiz üçün yeməli, qadınlarımız üçün isə haramdır.” Əgər o (bala) ölü olarsa, onda onlar [kişi qadınlar] bunu (yeməkdə) şərik olarlar. Bu sözlərinə görə Allah onları cəzalandıracaqdır. Həqiqətən, O, hikmət sahibidir, hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
onlar, "Bu heyvanların qarnındakılar ancaq kişilərə aid olub qadınlarımıza isə haramdır. Əgər ölü olsa, o zaman onlar ona şərik olar" dedilər. Allah, onların vəsflərini onlara cəza olaraq verəcəkdir. Şübhəsiz ki, O, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, çox yaxşı biləndir.