Əlixan Musayev:
Haqq çağırış yalnız Onadır. (Müşriklərin) Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına (su) çatsın deyə (uzaqdan) iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki (o kimsə suyu ovuclayıb içməyincə) su (onun) ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir.
Bünyadov-Məmmədəliyev:
Haqq olan (qəbul edilən) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar (Ondan qeyrisinə ibadət edənlərin duaları) qəbul olunmaz (bütlər, tanrılar onların dualarını əsla eşitməzlər). (Müşriklərin vəziyyəti quyu üstündə duraraq) ağzına su gəlmək üçün iki ovcunu açan (dili və əlləri ilə quyuya işarə edərək ovcunun su ilə dolmasını gözləyən), lakin (quyu heç bir şey anlamadığı üçün) suyun ona yetişmədiyi adamın vəziyyətinə bənzəyir. (Bütlər də belədir, çünki onlar görməz, eşitməz və dərk etməzlər). Kafirlərin duası zəlalətdən (puç, mənasız sözlərdən) başqa bir şey deyildir!
Elmir Quliyev
:
К Нему обращен призыв истины. А те, которых они призывают вместо Него, ничем не отвечают им. Они подобны тому, кто простирает руки к воде, чтобы поднести ее ко рту, но не может этого сделать. Воистину, мольба неверующих является всего лишь заблуждением.
Ələddin Sultanov:
Həqiqi dua yalnız Ona edilər. Ondan başqa dua etdikləri, onların duasını heç cür qəbul edə bilməz. Onların halı ağzına su gəlsin deyə iki ovcunu suya açan, ancaq suyun gəlib çatmadığı kimsənin halına bənzəyir. Kafirlərin duası ancaq zəlalətdədir (düzgün istiqamətə yönəlməmişdir).
Kerbelayi Malik ağa:
Haqqın dəvəti Onadır (Allahadır). Ondan başqasına dəvət etdikləri (şeylər), onlara bir şeylə cavab verə bilməzlər. Onlar ancaq suyun onun ağızına çatması üçün ovucunu açmış kimsə kimidir. O (su), ona çatacaq deyil. Kafirlərin dəvəti dəlalətdən başqa bir şey deyil. (Su necə onların ağızlarına çata bilmirsə, dəlalətdə olanlar da hidayətə çata bilməz).
Ələsgər Musayev:
Onun üçündür haqq istəklər. O kəslər ki, Ondan başqasından istəyirlər, onların istəklərinə bir şeylə cavab verməzlər. Ancaq məsəldə o kəs kimidir ki, quyu başında əllərini aça, ta uzaqdan su onun ağzına yetişə və lakin o heç vaxt yetişməz. Kafirlərin istəkləri ancaq zəlalətdir.
A.Mehdiyev və D.Cəfərli:
Haqqa tərəf və həqiqi dəvət (insanları ibadət və itaətə çağırmaq) yalnız Ona məxsusdur [və həmçinin haqq və həqiqi çağırışa və hacət istəməyə yalnız O layiqdir]. Müşriklərin Onun yerinə çağırdıqları kəslər, onlar üçün (ehtiyaclarından) heç bir şeyi rəva etməzlər. Onlar suyun, ağzına çatması üçün (uzaqdan) iki ovucunu suya tərəf uzadan [və ya suyun ağzına yetişməsi üçün iki əlini açaraq suya sal(ıb çölə çıxar)an,] lakin suyun onun ağzına əsla yetişməyəcəyi kəs kimidirlər (bütlərin müşriklərin istəklərini yerinə yetirmələri, susuz bir şəxsin susuzluğunun yatırılmasında uzaqdan suya əl uzatmağın təsiri kimidir). Kafirlərin duası azğınlıq və puçluqdan başqa bir şey deyildir.
Kövsər Tağıyev:
Həqiqi dua yalnız Onadır. Ondan başqa yalvardıqları isə onların dualarına ancaq, ağzına su çatmayacağı halda çatsın deyə ovcunu suya uzadan kimsənin istəyinə suyun cavab verdiyi qədər cavab verərlər. Kafirlərin duası daim boşa çıxar.
M.Qənioğlu və T.Bilaloğlu:
Haqq dəvəti Onadır. Onların Ondan başqa çağırdıqları isə heç bir şeylə onlara cavab vermirlər. Onlar isə iki ovucunu suya uzatmaqla onu ağzına çatdırmaq istəyən, lakin çatdıra bilməyən kəsə bənzərlər. Kafirlərin çağırışı faydasız bir işdir.
Sabirə Dünyamalıyeva:
Haqq olan yalvarış [dua] yalnız Ona məxsusdur. Şərik qoşanların, Onun altındakılardan yalvardıqları kəslər [ki var]; onlar onlara heç cür cavab verə bilməzlər. Onlar, ancaq, ağzına yetişmədiyi halda iki ovucunu açıb ağzına su gəlməyini gözləyən [adamlar] kimidir. Və kafirlərin [Allahın məbud və rəbb olduğunu bilərək inkar edənlətin] duası azğınlıqdan başqa bir şey deyil.