Əlixan Musayev:
O, dənizi də (sizin) xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bütün)(bunlar) (Allahın) lütfündən (sizə nəsib olanları) axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
Bünyadov-Məmmədəliyev:
Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan! Allahın) nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, (bundan sonra Allahın nemətlərinə) şükür edəsiniz! [Və ya: Sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. (Bütün bunlar) Onun lütfünü aramanız və (kərəminə) şükür etməyiniz üçündür!]
Elmir Quliyev
:
Он — Тот, Кто подчинил море, чтобы вы вкушали из него свежее мясо и добывали в нем украшения, которые вы носите. Ты видишь корабли, которые бороздят его для того, чтобы вы могли снискать Его милость, — быть может, вы будете благодарны.
Ələddin Sultanov:
Təzə ət yeyəsiniz və bəzək əşyalarını çıxarıb istifadə edəsiniz deyə, dənizi də sizin xidmətinizə verən Odur. Gəmilərin orada suları yara-yara üzdüyünü görərsən. (Bütün bunlar) Onun lütfündən istəməyiniz və şükür etməyiniz üçündür.
Kerbelayi Malik ağa:
Ondan təzə ət yeməyiniz üçün dənizi əmrinizə tabe edən Odur. Ondan bəzək əşyası çıxararsınız, onu taxarsınız. Onun içində suları yararaq üzən gəmiləri görərsiniz. (Bunlar) Onun fəzlindən istəməyiniz üçündür. Beləcə şükür edərsiniz.
Ələsgər Musayev:
O –
Odur ki, dəryanı ram etdi oradan təzə ət yeyəsiniz və xaric
edəsiniz oradan geyindiyiniz bəzəklər. Sən gəmilərin onu yarıb
getdiyini görürsən, ondan ötrü ki, Onun fəzlindən axtarasınız,
ola ki, şükr edəsiniz!
A.Mehdiyev və D.Cəfərli:
Və təzə ət yeməyiniz və geyindiyiniz (lə’l və mərcan kimi) zinətləri çıxarmağınız üçün dənizi ram edən Odur. Və gəmiləri onda (dənizin sinəsini) yaran görərsən (sizin müxtəlif ehtiyaclarınızı təmin etmək üçün) və (ticarət və digər yollarla) Allahın lütfündən axtarasınız deyə! Və bəlkə şükr etdiniz.
Kövsər Tağıyev:
O, təzə ət yeməyiniz və taxdığınız bəzək əşyalarını çıxartmağınız üçün dənizi sizin xidmətinizə verəndir. Gəmilərin orada suyu yara-yara getdiyini görərsən. (Bütün bunlar) Onun lütfündən nəsibinizi axtarmanız və şükür etməniz üçündür.
M.Qənioğlu və T.Bilaloğlu:
Dənizi də O (xidmətinizə) ram etdi ki, oradan siz təzə ət yeyəsiniz və oradan üst-başınıza taxdığınız bəzək şeylərini çıxarasınız. Sən orada gəmilərin suları yara-yara üzdüyünü görürsən. (Bunlar ona görədir) ki, siz Onun lütfündən (bir şey) arayıb tapasınız və bəlkə şükr edəsiniz.
Sabirə Dünyamalıyeva:
Və O, dənizdən təzə ət yeyəsiniz və taxdığınız zinət əşyasını ondan çıxarasınız deyə, nemətlərindən ruzi axtarmağınız üçün və sizə verilən nemətlərin əvəzini ödəməyiniz üçün dənizi sizə ram edəndir. -Gəmilərin dənizdə suyu yararaq getdiyini görürsən.-