Kəhf Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar (kafir hökmdarın qarşısında) durub: “Rəbbimiz göylərin yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir (küfr )danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik.
Bünyadov-Məmmədəliyev:
Onlar (rum qeysəri bütpərəst Diqyanusun hüzurunda) durub: “Rəbbimiz göylərin yerin Rəbbidir. Biz Ondan başqa heç bir tanrıya ibadət etməyəcəyik. Əks təqdirdə, (Allahdan başqasına tapınacağıq, - söyləsək, küfr) danışmaqda həddi aşmış (ifrata varmış) olarıq!” dedikləri zaman onların ürəklərinə qüvvət (mətanət) vermişdik.
Elmir Quliyev :
Мы укрепили их сердца (укрепили их веру и решимость), когда они встали и сказали: "Господь наш Господь небес и земли! Мы не станем взывать к другим божествам помимо Него. В таком случае мы произнесли бы чрезмерное.
Ələddin Sultanov:
Onların qəlblərinə qüvvət (cəsarət) verdik. Bu zaman onlar (hökmdarın qarşısında) ayağa qalxaraq belə demişdilər: “Bizim Rəbbimiz göylərin yerin Rəbbidir. Biz Ondan başqa heç bir ilaha dua etmərik! Yoxsa, haqdan uzaq bir şey söyləmiş olarıq.
Kerbelayi Malik ağa:
Onların qəlbləri üzərində rabitə qurduq (qəlblərini Bizə bağladıq). Ayağa qalxdıqları zaman belə dedilər: ‘Bizim Rəbbimiz səmaların yerin Rəbbidir. Ondan başqasına əsla dua etmərik. Elə etsək and olsun ki, həddi aşaraq yanlış söyləmiş olardıq.’
Ələsgər Musayev:
Rabitə etdik üzərində qəlblərinin - onda onlar qalxdılar dedilər: «Rəbbimiz Rəbbidir səmaların ərzin. Əgər Ondan başqa ilahi çağırarıqsa, demiş olarıq onda həddən artığını»
A.Mehdiyev və D.Cəfərli:
Onlar (dövrün diktatorunun qarşısında) qiyam edib «bizim Rəbbimiz göylərin yerin Rəbbidir; biz Ondan savayı əsla başqa bir məbud çağırmayacağıq ki, (əgər elə etsək) onda həddi aşmış bir söz söyləmiş olarıq» deyən zaman, onların qəlblərini möhkəmləndirdik.
Kövsər Tağıyev:
Onlar qalxıb: “Rəbbimiz göylərin yerin Rəbbidir. Ondan qeyrisinə əsla ilah demərik. Yoxsa and olsun ki, yanlış bir söz söyləmiş olarıq. dedikləri zaman onların qəlblərinə qüvvət vermişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar qalxdıqda onların ürəklərinə qüvvət verdik onlar dedilər: "Rəbbimiz göylərin yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etmərik. Onda biz küfr danışmaqda həddi aşmış olarıq.
Sabirə Dünyamalıyeva:
Biz, onlar ayağa qalxaraq: "Rəbbimiz göylərin yerin Rəbbidir. Biz, Onun altındakılara məbud olaraq yalvarmarıq, yoxsa həqiqətən məntiqsiz danışmış olarıq.