Əlixan Musayev:
Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”, -deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”, -deyirlər.
Elmir Quliyev
:
Когда они встречают верующих, то говорят: "Мы уверовали". Когда же они остаются наедине со своими дьяволами, они говорят: "Воистину, мы — с вами. Мы лишь издеваемся".
Ələddin Sultanov:
Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də iman gətirmişik”, - deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə: “Biz sizinləyik, onlara istehza edirik”, - deyərlər.
Kerbelayi Malik ağa:
Amənu olanlarla görüşdükləri zaman: 'Biz iman etdik.' dedilər. Şeytanlarıyla yalnız qaldıqları zaman: 'Şübhəsiz ki, biz sizinlə bərabərik. Biz (onlarla) yalnız istehza edən (lağ edən) kimsələrik.' dedilər.
Ələsgər Musayev:
Onda ki,
görüşürlər o kəslərlə ki inandılar dedilər: «Inandıq». Və onda
ki xələdə olurlar öz şeytanları ilə deyirlər: «Həqiqətən biz
sizinləyik. Həqiqətən biz ancaq istehza edirik».
A.Mehdiyev və D.Cəfərli:
Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər.
Kövsər Tağıyev:
İman edənlərlə qarşılaşdıqları zaman “İnandıq”, – deyərlər. Lakin şeytanları ilə (münafiq dostları ilə) təkbətək qaldıqları zaman “Şübhəsiz ki, biz sizinləyik. Biz ancaq onlara istehza edirik”, – deyərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirənlərlə rastlaşanda onlar: "Biz iman gətirmişik" deyərlər, öz şeytanları ilə bir xəlvətə çəkiləndə isə "Biz ki, sizinləyik, (onları) onları ancaq ələ salırıq" söyləyirlər.
Sabirə Dünyamalıyeva:
Onlar, inanmış kəslərə rast gəldikləri zaman da, "Biz iman gətirdik!" deyərlər. Pis niyyətli dostlarıyla təkbətək qalanda isə, "Şübhəsiz ki, biz də sizinləyik, biz yalnız ələ salırdıq" deyərlər.