Əlixan Musayev:
Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı.
Bünyadov-Məmmədəliyev:
Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.
Elmir Quliyev
:
Если бы не милосердие и милость Аллаха к вам в этом мире и в Последней жизни, то за ваши пространные речи вас коснулись бы великие мучения.
Ələddin Sultanov:
Əgər dünyada və axirətdə Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz, (iftira ilə bağlı) dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı.
Kerbelayi Malik ağa:
Əgər dünya və axirətdə Allahın rəhməti və fəzli sizin üzərinizə olmasaydı, içinə daldığınız şeydən (böhtandan, dedi-qodudan) ötəri sizə mütləq böyük əzab toxunardı.
Ələsgər Musayev:
Əgər olmasaydı fəzli Allahın üzərinizdə və rəhməti Onun dünya və axirətdə, onda toxunardı sizə o iftiranın səbəbinə əzəmətli əzab.
A.Mehdiyev və D.Cəfərli:
Əgər dünyada və axirətdə Allahın sizə lütf və mərhəməti olmasaydı girişdiyiniz işə görə sizə mütləq böyük bir əzab yetişərdi.
Kövsər Tağıyev:
Əgər dünya və axirətdə sizə Allahın lütfü və mərhəməti olmasaydı, içinə daldığınız bu iftiradan ötrü sizə mütləq böyük bir əzab toxunardı.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər bu dünyada və axirətdə sizə Allahın lütfü və mərhəməti olmasaydı, bu söz-söhbətlərinizə görə sizə böyük bir əzab toxunardı.
Sabirə Dünyamalıyeva:
Əgər dünyada və axirətdə Allahın lütfü və mərhəməti olmasaydı, içinə düşdüyünüz şeylərdə həqiqətən sizə böyük bir əzab toxunardı.