Əlixan Musayev:
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.
Bünyadov-Məmmədəliyev:
Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!
Elmir Quliyev
:
Мы заповедали человеку делать добро его родителям. Его мать носила его, испытывая изнеможение за изнеможением, и отняла его от груди в два года. Благодари Меня и своих родителей, ибо ко Мне предстоит прибытие.
Ələddin Sultanov:
Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et! Axır dönüş Mənədir.
Kerbelayi Malik ağa:
Biz insana ana və atasına (yaxşı baxmasını) vəsiyyət etdik (fərz qıldıq). Onu anası (bətnində) çox çətinliklə daşıdı. Onun süddən kəsilməsi iki il ərzində olur. (Həm) Mənə (həm də) ana və atana şükür et! Dönüş Mənədir.
Ələsgər Musayev:
Və Biz vəsiyyət etdik insana öz valideynləri haqqında.
Anası onu daşıyır zəhmətlə hamiləlik dövranını sürərək və
onun süddən ayrılması iki il içərisindədir. Şükr et Mənə və
valideynlərinə və qayıdış Mənə tərəfdir!
A.Mehdiyev və D.Cəfərli:
Və Biz insana ata-anası barəsində tövsiyə etdik. Anası onu (hamiləlik dövründə öz bətnində) getdikcə artan bir zəifliklə daşıdı (uşağa süd vermək və) süddən kəsmək iki il ərzində olur. (Dedik) ki: «Mənə və ata-anana şükr et ki, (hamının) dönüş(ü) Mənə tərəfdir».
Kövsər Tağıyev:
Biz insana ata-anasına qarşı xoş davranmağı əmr etdik. Anası onu günbəgün zəif düşərək bətnində daşımışdır. Onun süddən kəsilməsi isə iki il çəkir. (Ona görə də) biz insana belə əmr etdik: “Mənə və ata-anana şükür et. Dönüş mənədir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz insana öz ata-anasına yaxşı baxmağı tövsiyə etdik. Anası onu (bətnində) halsızlıq üstündən halsızlıqla gəzdirmişdir. Onun süddən kəsilməsi isə iki il ərzində olur. (Biz insana dedik): “Mənə və öz ata- anana şükr et! Son qayıdış Mənədir.
Sabirə Dünyamalıyeva:
Və Biz insana, anası və atasını öhdəlik olaraq yüklədik. -Anası onu getdikcə artan zəifliklə daşımışdı. Onun süddən ayrılması da iki il içində olur.- "Mənə, anana və atana əvəz ödə!" Dönüş, ancaq Mənədir.