Əlixan Musayev:
Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın (əzabı)! Doğrusu, Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!
Bünyadov-Məmmədəliyev:
(Kafirlər Cəhənnəmə girdikdə Allah onlara belə buyurar:) “Bu günə yetişəcəyinizi unutduğunuza görə indi dadın (əzabı)! Biz də sizi unutduq. (Cəhənnəmdə köməksiz buraxdıq). Etdiyiniz əməllərin cəzası olaraq dadın əbədi əzabı!”
Elmir Quliyev
:
Вкусите за то, что вы предали забвению встречу с этим днем вашим. Воистину, Мы предали забвению вас самих. Вкусите же вечные мучения за то, что вы совершали.
Ələddin Sultanov:
(O gün onlara belə deyiləcəkdir:) “Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın əzabı! Şübhəsiz, biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!”
Kerbelayi Malik ağa:
Elə isə bu ‘likaə’ (Allaha təslim olma) gününüzü, unutmağınız səbəbiylə əzabı dadın. Şübhəsiz ki, Biz də sizi unutduq. Etdikləriniz səbəbiylə əbədi əzabı dadın.
Ələsgər Musayev:
Dadın nə ilə ki,
unutdunuz bu görüş gününüzü! Biz də sizi unutduq və dadın
həmişəlik əzabı nə ilə ki, oldunuz əməllilər!
A.Mehdiyev və D.Cəfərli:
(Onlara deyərik:) «Belə isə, bu günkü günümüzün görüşünü unutmağınızın cəzasını (Cəhənnəmin əzabını) dadın, biz də sizi unutduq (Öz mərhəmətimizdən sildik)və etdiklərinizin cəzası olaraq dadın əbədi əzabı».
Kövsər Tağıyev:
(Onlara belə deyiləcək:) “O halda bu gününüzə qovuşmağı unutduğunuz üçün əzabı dadın. Biz də sizi unutduq. Etdiklərinizə görə əbədi əzabı dadın”.
M.Qənioğlu və T.Bilaloğlu:
(Onlara deyiləcək): "Bu gününüzlə görüşü unutduğunuza görə (əzabı) dadın! Biz də sizi unutduq. Tutmuş olduğunuz əməllərə görə əbədi əzabı dadın!"
Sabirə Dünyamalıyeva:
Elə isə bu gününüzlə qarşılaşmağı unutduğunuza/tərk etdiyinizə görə dadın əzabı! Heç şübhəsiz ki, Biz cəzalandırdıq sizi. Və etdiklərinizin əvəzində sonsuzluq əzabını dadın!