Fatir Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr cavab verə bilməzlər. Özləri Qiyamət günü sizin (onlara) ibadət etdiyinizi danacaqlar. Heç kəs (hər şeydən) Xəbərdar olan (Allah) kimi sənə xəbər verə bilməz.
Bünyadov-Məmmədəliyev:
Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz!
Elmir Quliyev :
Когда вы взываете к ним, они не слышат вашей молитвы, а если бы даже услышали, то не ответили бы вам. В День воскресения они отвергнут ваше поклонение. Никто не поведает тебе так, как Ведающий.
Ələddin Sultanov:
Əgər onları (bütləri) çağırsanız, sizin çağırışınızı eşitməzlər. Eşitsələr belə, sizə cavab verə bilməzlər. Onlar qiyamət günü sizin şərik qoşmağınızı inkar edəcəklər. Heç kəs bunu sənə, hər şeyi bilən Allah kimi xəbər verə bilməz.
Kerbelayi Malik ağa:
Əgər onlara dua etsəniz, dualarınızı eşitməzlər. Əgər eşitmiş olsalar belə sizə cavab verə bilməzlər. Qiyamət günü sizin şirkinizi inkar edəcəklər. Heç kəs sənə Xəbərdar olan (Allah) kimi xəbər verə bilməz.
Ələsgər Musayev:
Əgər siz onları çağırasız, eşitməzlər sizin çağırışınızı. əgər eşitsələr, cavab verməzlər sizə. Qiyamət günündə sizin şərik qoşduğunuza kafir olarlar. Heç kəs Xəbirin misli kimi sənə xəbər verə bilməz!
A.Mehdiyev və D.Cəfərli:
Əgər onları çağırsanız sizin dəvətinizi eşitməzlər əgər eşitsələr (mələklər, cinlər bəşər müqəddəsləri kimi tanrılar) sizə cavab verməzlər (cavab vermək qüdrətləri yaxud cavab vermək haqları yoxdur) Qiyamət günü şərikliyinizi inkar edəcəklər heç kəs səni (dünyada axirətdə onların halından) agah xəbərdar olan Allah kimi xəbərdar etməz.
Kövsər Tağıyev:
Əgər onları çağırsanız, çağırışınızı eşitməzlər. Eşitsələr belə çağırışınıza cavab verə bilməzlər. Qiyamət günü sizin (onları) şərik qoşduğunuzu inkar edərlər. Bunları sənə heç kim haqqı ilə xəbərdar olan (Allah) kimi xəbər verə bilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Siz onları çağırsanız, onlar sizin çağırışı eşitməzlər, eşitsələr sizə cavab verməzlər qiyamət günü sizin onları Allaha şərik qoşmanızı danarlar. Hər şeydən xəbəri olan [Allah] kimi heç kəs səni xəbərdar edə bilməz.
Sabirə Dünyamalıyeva:
Onları çağırsanız, onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr cavab verə bilməzlər, Qiyamət günü şərik qoşduğunuzu qəbul etməzlər. Hər şeydən xəbərdar olan Allah kimi, heç kəs sənə kimsə xəbər verə bilməz.