Əlixan Musayev:
O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.
Bünyadov-Məmmədəliyev:
O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik!”
Elmir Quliyev
:
Когда Мы отправили к ним двух посланников, они сочли их лжецами, и тогда Мы подкрепили их третьим. Они сказали: "Воистину, мы посланы к вам".
Ələddin Sultanov:
O zaman Biz onlara iki elçi göndərmişdik. Ancaq onlar ikisini də təkzib etmişdilər. Biz də onları üçüncü bir elçi ilə dəstəkləmişdik. Onlar: “Həqiqətən, biz (Allah tərəfindən) sizə göndərilən elçilərik!” - dedilər.
Kerbelayi Malik ağa:
Onlara iki rəsul göndərmişdik. Lakin ikisini də təkzib etdilər. Bunun üzərinə onları üçüncü rəsul ilə qüvvətləndirdik. O zaman onlar dedilər: ‘ Şübhəsiz ki, biz sizə göndərilmiş rəsullarıq.’
Ələsgər Musayev:
Onda göndərdik üzərinə onların ikisini və yalançı saydılar onların hər ikisini. Izzətləndirdik üçüncü ilə və dedilər: «Biz sizə tərəf mürsəllərik!»
A.Mehdiyev və D.Cəfərli:
O zaman onlara, iki nəfər (peyğəmbər) göndərmişdik, amma onların ikisini də təkzib etdilər. Biz (həmin peyğəmbərləri) göndərdiyimiz üçüncü (peyğəmbər) ilə qüvvətləndirdik. (Peyğəmbərlər) hamılıqla dedilər: «Biz sizə göndərilmiş (peyğəmbərlər)ik».
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Onlara o məmləkət əhlini misal çək. Bir vaxt onlara elçilər gəlmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman Biz onların yanına (elçilərdən) ikisini göndərdik, onlar isə ikisini də yalançı hesab etdilər. Biz (elçiləri) üçüncüsü ilə qüvvətləndirdik. Onlar dedilər: "Biz sizə elçi göndərilmişik."
Sabirə Dünyamalıyeva:
Bir vaxt Biz onlara iki elçi göndərmişdik, onlar ikisini də təkzib etmişdilər. Biz də üçüncü ilə möhkəmləndirdik və onlar: "Şübhəsiz ki, biz sizə [göndərilən] elçilərik" dedilər.