Nisa Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim Allaha Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, (Allah) onu içində əbədi qalacağı (Cəhənnəm) oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.
Bünyadov-Məmmədəliyev:
Hər kəs Allaha Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.
Elmir Quliyev :
А тех, кто ослушается Аллаха и Его Посланника и преступает Его ограничения, Он ввергнет в Огонь, в котором они пребудут вечно. Им уготованы унизительные мучения.
Ələddin Sultanov:
Kim Allaha Onun Peyğəmbərinə üsyan edər Onun (Allahın qoymuş olduğu) sərhədlərini aşarsa, (Allah) onu içində əbədi qalacağı cəhənnəmə daxil edəcəkdir. (Orada) onun üçün alçaldıcı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Kim Allaha Onun Rəsuluna üsyan edər Onun hədlərini aşarsa, onu içində əbədi qalacaqları atəşə qoyar. Onun üçün ‘alçaldıcı əzab’ vardır.
Ələsgər Musayev:
kim asi olarsa Allaha Onun rəsuluna hüdudunu Onun adlayarsa, onu yanar oda daxil edər ki, orada həmişəlik olacaq onun üçün alçaldıcı əzab var.
A.Mehdiyev və D.Cəfərli:
Kim Allaha Onun peyğəmbərinə itaətsizlik etsə Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək onun üçün alçaldıcı bir əzab vardır.
Kövsər Tağıyev:
Kim Allaha peyğəmbərinə üsyan edər Onun qoyduğu hədləri aşarsa, Allah onu əbədi qalacağı cəhənnəm atəşinə atar. Onun üçün alçaldıcı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Allaha Onun peyğəmbərlərinə asi olaraq Onun qoyduğu hüdudları aşanı isə O, cəhənnəm oduna salacaq o, orada əbədi qalacaqdır. Onun üçün rüsvayedici bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
kim Allaha Onun Elçisinə üsyan etsə Onun hədlərini aşsa, Allah onu içində əbədi qalmaq üzrə cəhənnəmə daxil edər. alçaldıcı əzab onun üçündür.