Mömin Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb, Ona dua edin!
Bünyadov-Məmmədəliyev:
(Ey möminlər!) Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək (ixlasla) ibadət edin!
Elmir Quliyev :
Взывайте же к Аллаху, очищая перед Ним веру, даже если это ненавистно неверующим.
Ələddin Sultanov:
Kafirlərin xoşuna gəlməsə də, dini yalnız Allaha məxsus edərək Ona dua edin!
Kerbelayi Malik ağa:
Elə isə dini Ona xalis edərək Allaha dəvət edin, kafirlərin xoşuna gəlməsədə.
Ələsgər Musayev:
Çağırın Allahı, dini Onun üçün məxlus etməklə əgər kafirlərdə ikrah doğursa belə.
A.Mehdiyev və D.Cəfərli:
Odur ki, kafirlər xoşlamasalar belə, Allahı itaət əqidəni Onun üçün xalisləşdirdiyiniz halda çağırın.
Kövsər Tağıyev:
O halda kafirlərin xoşuna gəlməsə siz dini Allaha məxsus edərək Ona ibadət edin.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlər xoşlamasalar da, siz dini ancaq Allaha xas edərək Onu çağırın!
Sabirə Dünyamalıyeva:
Elə isə kafirlərin [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərin] xoşuna gəlməsə dini yalnız Ona aid edərək Allaha dua edin.