Şura Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlara məhz elm gəldikdən sonra, öz aralarındakı paxıllıq ucbatından, ixtilafa düşdülər. Əgər Rəbbindən, müəyyən bir vaxtadək Söz verilmiş olmasaydı, onların arasında artıq hökm çıxarılmış olardı. Onlardan sonra Kitaba varis olanlar da onun barəsində anlaşılmaz bir şübhə içindədirlər.
Bünyadov-Məmmədəliyev:
Onlar yalnız özlərinə (tövhid haqqında) elm gəldikdən sonra aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər. Əgər (cəzanın) müəyyən bir vaxtadək (qiyamət gününə qədər təxirə salınması barədə) öncə Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi (hamısı elə dünyada əzaba düçar edilər, bununla da iş, yəqin ki bitmiş olardı). Onlardan sonra kitaba varis olanlar da (yəhudilər, xaçpərəstlər ya özlərinə Quran göndərilmiş müşriklər də) onun (Quranın, peyğəmbər əleyhissəlamın) barəsində dərin (başqalarını da şübhəyə salan) bir şəkk içindədirlər.
Elmir Quliyev :
Они распались только после того, как к ним явилось знание, по причине зависти и несправедливого отношения друг к другу. И если бы не было прежде Слова от твоего Господа об отсрочке до назначенного срока, то их спор был бы решен. Воистину, те, которые унаследовали Писание после них, испытывают к нему смутные сомнения.
Ələddin Sultanov:
Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Əgər daha əvvəl Rəbbin tərəfindən müəyyən bir vaxta qədər (əzabın təxirə salınmasına dair) verilmiş bir söz olmasaydı, əlbəttə, onlar barəsində hökm verilərdi. Heç şübhəsiz, onlardan sonra kitaba varis olanlar (yəhudi xristianlar) da onun barəsində dərin bir şübhə içindədirlər.
Kerbelayi Malik ağa:
Özlərinə elm gəldikdən sonra aralarında azanlardan başqası firqələrə ayrılmadı. Əgər Rəbbindən ‘müəyyən olunmuş bir zamana qədər (möhlət)’ sözü keçməmiş olsaydı, mütləq onların arasında (dərhal) hökm verilərdi. Şübhəsiz ki, onlardan sonra Kitaba varis olanlar həqiqətən Ondan şəkk-şübhə içindədirlər.
Ələsgər Musayev:
Ancaq onlara elm gələndən sonra, aralarındakı qəzəbdən firqələrə bölündülər. Əgər olmasaydı kəlmə əvvəlcə Rəbbindən tərəfinə əcəlin toxunanın, qəzavat olunardı onların arasında. Həqiqətən, o kəslər ki, varis oldular onlardan sonra kitaba, ondan şəkk şübhədə oldular.
A.Mehdiyev və D.Cəfərli:
(Bütün şəriət sahibləri müxtəlif əqidə yollara) yalnız onlara kamil elm gəldikdən sonra aralarındakı zülm, həsəd məğrurluq üzündən parçalandılar. Əgər Rəbbindən (Onun əzəli elmindən Lövhi-Məhfuzda) keçmiş (və orada qeyd edilmiş: «hər bir şəxs qövm üçün) müəyyən müddətədək (möhlət vardır») sözü olmasaydı, onların arasında (batil əhlinin məhvi barəsində) mütləq qəti hökm olunardı. Əlbəttə, onlardan sonra kitabın varisi olan kəslər(in çoxu) tərəddüd doğuran şübhə içərisindədirlər.
Kövsər Tağıyev:
Onlar özlərinə elm gəldikdən sonra aralarındakı qısqanclıq səbəbi ilə ayrılığa düşdülər. Əgər (əzabın) müəyyən bir müddətə qədər (gecikdirilməsi ilə bağlı olaraq) daha əvvəl Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Onlardan sonra Kitaba varis edilənlər onun haqqında dərin bir şübhə içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə yalnız özlərinə bilgi gəldikdən sonra öz aralarındakı ədavət üzündən parçalandılar. Əgər öncədən sənin Rəbbindən müəyyən olunmuş vaxta [qiyamətə] qədər möhlət sözü [vədi] olmasaydı, onlar arasında mütləq hökm verilmiş olardı. Onlardan sonra Kitaba varis edilənlər onun [Quran] barəsində həqiqətən, şəkk-şübhə içərisindədirlər.
Sabirə Dünyamalıyeva:
onlar ancaq özlərinə bilik gəldikdən sonra aralarındakı azğınlığa görə ayrılığa düşdülər. Əgər Rəbbin tərəfindən “adı qoyulmuş bir müddətin sonuna qədər” sözü keçməmiş olsaydı, aralarında qətiliklə gerçəkləşdirilərdi. şübhəsiz ki, özlərindən sonra Kitaba varis qılınan insanlar Qurandan qətiliklə qərarsızlığa aparan bir şübhə içindədirlər.