Casiyə Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İman gətirənlərə de ki, Allah, qazandıqları (günahlara) görə hər hansı bir tayfanın cəzasını versin deyə, Allahın (əzab) günlərini gözləməyənləri bağışlasınlar.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını (özü) versin deyə, Allahın (əzab) günlərindən qorxmayanları (əzab günlərinə, qiyamətə inanmadıqları üçün gözləməyənləri) bağışlasınlar! (Bu ayənin hökmü sonralar cihad haqqındakı ayə ilə ləğv edilmişdir).
Elmir Quliyev :
Скажи верующим, чтобы они простили тех, которые не надеются на дни Аллаха, дабы Он воздал людям за то, что они приобретали.
Ələddin Sultanov:
İman gətirənlərə de ki, qazandıqları günahlar səbəbilə bir qövmü cəzalandırsın deyə Allahın (əzab) günlərini gözləməyənləri bağışlasınlar.
Kerbelayi Malik ağa:
Amənu olanlara de ki: ‘Allahın günlərinin (gələcəyini) ümid etməyən, qazanmış olduqlarına görə (Allahın) cəzalandıracağı qövmü bağışlasınlar.’
Ələsgər Musayev:
De o kəslərə ki, inandılar, bağışlasınlar o kəsləri ki, Allaha tərəf qayıdacaqları günə ümidləri yoxdur, ondan ötrü ki, O mükafatlandıracaq qoumu, ilə ki, oldular kəsblilər.
A.Mehdiyev və D.Cəfərli:
İman gətirənlərə de ki, Allahın (məğlubiyyət ölüm, Bərzəx Qiyamət kimi) günlərinə iman ümidi olmayanları bağışlasınlar (və ilahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əldə etdiklərinin müqabilində (Özü) cəzalandırsın.
Kövsər Tağıyev:
İman edənlərə de ki, Allahın (cəza) günlərinin gələcəyini ummayanları (hələlik) bağışlasınlar ki, Allah hər hansı bir qövmə (öz) qazandığının qarşılığını versin.
M.Qənioğlu və T.Bilaloğlu:
İman gətirənlərə de ki, qoy onlar Allahın (cəza) günlərinin (gələcəyini) gözləməyənləri bağışlasınlar ki, O, insanlara öz qazandıqları (günah savaba) görə haqq versin.
Sabirə Dünyamalıyeva:
İman etmiş kəslərə söylə: "Allahın hər qövmü öz qazandıqları ilə cəzalandırması üçün, Allahın ciddi cəza gününə ümidi olmayan; axirətə inanmayan kəsləri bağışlasınlar,