Əhqaf Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar Cənnət əhlidirlər etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!
Elmir Quliyev :
Они являются обитателями Рая, в котором они пребудут вечно в воздаяние за то, что они совершали.
Ələddin Sultanov:
Onlar cənnət əhlidirlər. Etdikləri əməllərin mükafatı olaraq orada əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Məhz onlar cənnət əhlidirlər. Orada əbədi qalacaq olanlardır, əməllərinin mükafatı olaraq.
Ələsgər Musayev:
Həmin onlardır əshabı cənnətin, həmişəlik orada qalacaqlar - cəza ilə ki, oldular əməllilər.
A.Mehdiyev və D.Cəfərli:
Onlar cənnət əhlidirlər. Onlar (dünyada) etdiklərinin əvəzi olaraq orada əbədi qalacaqlar.
Kövsər Tağıyev:
Onlar cənnətlikdirlər. Etdikilərinin qarşılığı olaraq orada əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Tutduqları (yaxşı) əməllərin mükafatı kimi onlar cənnətlik olub orada əbədi qalacaqlar.
Sabirə Dünyamalıyeva:
Bax onlar cənnət əhlidir. İşlədikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar.