Məhəmməd Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər öz Rəbbindən (vəhy edilmiş) aydın dəlilə istinad edən kimsə pis əməli özünə gözəl göstərilən öz nəfslərinə uyan kimsələr kimi ola bilərmi?!
Bünyadov-Məmmədəliyev:
Məgər Rəbbindən bir dəlilə olan (dəlilə istinad edən) kimsə pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar.
Elmir Quliyev :
Разве тот, кто следует ясному доказательству от своего Господа, подобен тем, которым представилось прекрасным зло их деяний и которые потакали своим желаниям?
Ələddin Sultanov:
Rəbbindən gələn açıq-aydın bir dəlilə əsaslanan kimsə pis əməli özünə gözəl göstərilən nəfsinin arzularına uyan kimsə kimi ola bilərmi?!
Kerbelayi Malik ağa:
Elə isə Rəbbindən bəyyinə (dəlil) üzərində olan kimsə, pis əməli özünə bəzəkli göstərilən həvalarına tabe olan kəslər kimidirmi?
Ələsgər Musayev:
Ə, kim oldu üzərində bəyanatın öz Rəbbindən, o kəs kimidir ki, pis əməli zinətli oldu onun üçün? Tabe oldular havayı istəklərinə!
A.Mehdiyev və D.Cəfərli:
Belə isə məgər (işləri) öz Rəbbi tərəfindən dəlil-sübut (təməli) üzərində olan kəslər (möminlər kimi ağıl şəriətə əsaslananlar) pis əməlləri özlərinə gözəl göstərilən öz nəfsi istəklərinə tabe olan kəslər kimidirlər?!
Kövsər Tağıyev:
Rəbbinin qatından açıq bir dəlili olan kimsə pis əməlləri özünə yaxşı göstərilən nəfslərinin arzularına uyan kimsələr kimi ola bilərmi?
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər öz Rəbbindən aydın dəlilə malik olan bəd əməlləri özü üçün bəzədilmiş, öz həva-həvəslərinə uymuş kəslər kimidir?
Sabirə Dünyamalıyeva:
Rəbbi tərəfindən açıq-aşkar bir dəlil üstündə olan kəs, pis əməli özünə bər-bəzəkli göstərilən boş, müvəqqəti dünya istəklərinə uyan bir kəs kimidirmi;