Əlixan Musayev:
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini bağışlayır, istədiyinə də əzab verir. Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Аллаху принадлежит власть над небесами и землей. Он прощает, кого пожелает, и причиняет мучения, кому пожелает. Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Göylərin və yerin mülkü Allahındır. Dilədiyini məğfirət edər və dilədiyinə əzab edər. Allah Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Allah üçündür mülkü səmaların və ərzin: bağışlar kimi istər və
əzab edər kimi istər. Oldu Allah Ğəfur, Rəhim!
A.Mehdiyev və D.Cəfərli:
Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. (Çünki onların yaradılması, qorunması, idarə edilməsi və məhvi Onun qəti iradəsindən asılıdır.) (Günahkarlardan) istədiyini bağışlayır və istədiyinə əzab verir. Allah həmişə bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Göylərin və yerin hökmranlığı Allahındır. O, istədiyini bağışlayar, istədiyinə cəza verər. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Göylərin və yerin hökmü Allaha məxsusdur. O, istədiyi kəsi bağışlar, istədiyi kəsə əzab verər. Allah bağışlayandır, rəhmlidir!
Sabirə Dünyamalıyeva:
Və göylərin və yer üzünün hakimiyyəti Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyinə əzab verər. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir.