Əlixan Musayev:
“Biz xaçpərəstik!”– deyənlərlə də əhd bağlamışdıq. Onlar da (özlərinə) öyrədilənin bir hissəsini unutdular. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Allah onlara nə etdikləri barədə xəbər verəcəkdir.
Bünyadov-Məmmədəliyev:
“Biz xaçpərəstik”, - deyənlərdən də əhd almışdıq. Sonra onlar xəbərdar olunduqları şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unutdular. Biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onlara gördükləri işlər barəsində xəbər verəcəkdir!
Elmir Quliyev
:
Мы также взяли завет с тех, которые сказали: "Мы — христиане". Они забыли долю из того, что им напомнили, и тогда Мы возбудили между ними вражду и ненависть до Дня воскресения. Аллах поведает им о том, что они творили.
Ələddin Sultanov:
“Biz xristianıq”, - deyənlərdən də əhd almışdıq. Ancaq onlar özlərinə öyrədilən sözlərin bir qismini unutdular. Buna görə də qiyamət gününə qədər Biz onların arasına düşmənçilik və kin saldıq. Allah onlara, etdikləri işləri xəbər verəcəkdir. (İlk xristianlar da yəhudilərin işgəncə və hücumları qarşısında pərən-pərən düşmüş və İsa peyğəmbərə vəhy olunan İncili qoruya bilməmişdilər. Miladi təqvimlə üçüncü əsrin əvvəllərində Roma imperatorluğunun xristianlığa meyil etməsindən sonra rahatlığa çıxan xristianlar İncili yenidən yazmağa başlamışlar. Bunun nəticəsində də fərqli şəxslərin yazdığı və bir-birinə uyğun gəlməyən fərqli İncillər meydana çıxmışdır. İsa peyğəmbərin göstərdiyi yoldan çıxan və Allaha verdikləri sözü tutmayan xristianlar da öz aralarında ixtilafa düşdülər və əsrlər boyu bu ixtilafları davam etməkdədir.)
Kerbelayi Malik ağa:
‘Şübhəsiz ki, biz xristianıq’ deyənlərdən misaqlarını aldıq, yenə də xəbərdar edildikləri şeylərdən (özlərinə xatırladılan şeydən) bir pay almağı (nəsiblərini) unutdular. Buna görə qiyamət gününə qədər aralarına düşmənlik, kin və nifrət saldıq. Allah yaxında onlara etdiklərini xəbər verəcək.
Ələsgər Musayev:
O kəslər ki, deyirlər: «Həqiqətən, biz yardım
olunmuşlarıq», - Biz onlardan and aldıq. Onlar unutdular bir
hissəsini onlara yad olunanların. Biz də onların arasında
qiyamət gününə qədər ədavət və paxıllıq qərar verdik. Xəbər
verəcək Allah onlara nə ilə ki, oldular əməl edənlər!
A.Mehdiyev və D.Cəfərli:
«Biz xaçpərəstlərik (Allaha köməyə qalxırıq)» deyənlərdən (dünyada pəhrizkar olmaları, sözlərinin bir olması və dində parçalanmamaları barəsində) əhd-peyman aldıq. Onlar sonra xəbərdar edildikləri şeylərdən (İncilin tovhid məsələləri və İslam Peyğəmbərinin əlamətləri və sifətləri kimi təlimlərindən) olan layiqli pay(ların)ı unutdular. Buna görə də onların arasında Qiyamət gününədək düşmənçilik və kin yaratdıq. Tezliklə Allah onları etdiklərindən xəbərdar edəcəkdir.
Kövsər Tağıyev:
“Biz xristianıq” deyənlərdən də möhkəm söz almışdıq. Ancaq onlar da yaddan çıxarmamalı olduqları şeylərin mühüm bir qismini unutdular. Bu səbəblə biz də aralarına qiyamət gününə qədər davam edəcək ədavət və kin saldıq. Allah onların nə etdiklərini onlara bildirəcək!
M.Qənioğlu və T.Bilaloğlu:
“Biz xaçpərəstik." - deyənlərdən də əhd almışdıq. Onlar isə özlərinə edilmiş öyüd-nəsihət və xəbərdarlığın bir çoxunu unutdular. Biz də qiyamət gününə qədər (onların arasına) ədavət və kin-küdurət saldıq. Allah onların nə etdiklərini sonra özlərinə bildirəcəkdir.
Sabirə Dünyamalıyeva:
Biz, nəsraniyik/xristianıq deyənlərdən də möhkəm əhd almışdıq. Onlar da özlərinə xatırladılan şeylərin çoxunu yaddan çıxardılar. Biz də onların arasına, qiyamətə qədər davam edəcək kin və düşmənçilik saldıq. Allah, gördükləri işləri onlara tezliklə xəbər verəcəkdir.