Əlixan Musayev:
Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim təhdidim gerçəkləşdi.
Bünyadov-Məmmədəliyev:
Əykə əhli və Tübbə qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara vəd etdiyim (əzab) gerçəkləşdi.
Elmir Quliyev
:
жители Айки и народ Тубба (Тобба). Все они сочли лжецами посланников, и сбылась Моя угроза.
Ələddin Sultanov:
Eykə əhli və Tübbə qövmü də! Bunların hamısı peyğəmbərləri yalanlamış və Mənim təhdidim (əzabım) gerçəkləşmişdi.
Kerbelayi Malik ağa:
Eykə xalqı və Tubb qövmü, hamısı rəsullarını yalanladı. Beləcə vədim (cəzam) haqq oldu (Allahın vədi yerinə gəldi).
Ələsgər Musayev:
və Əykə əshabı və Tubba
qoumu. Küllisi yalançı saydı rəsulları və haqq oldu vədim.
A.Mehdiyev və D.Cəfərli:
(Şüeyb qövmünə məxsus) o yamyaşıl və sıx ağaclı yerin sakinləri və (Yəmən padşahının) Tübbə qövmü. Onların hamısı peyğəmbərləri təkzib etdilər. Beləliklə Mənim (inkar edənlərə əzab vermək barəsindəki) qəti vədim (onlar barəsində) təsbit oldu.
Kövsər Tağıyev:
Əykəlilər və Tübbanın qövmü də inkar etmişdi. Bütün bunlar (onlara göndərilən) peyğəmbərləri inkar etdilər, beləliklə, onları xəbərdar etdiyim şey gerçəkləşdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Əykə əhli də, Tubba camaatı da! Hamısı peyğəmbərləri yalançı hesab etdilər və Mənim (əzab) vədim haqq oldu.
Sabirə Dünyamalıyeva:
Əykə əhli və Tübbə qövmü də. Bunların hamısı peyğəmbərləri təkzib etdilər və mənim əzabım gerçəkləşdi.