Qəmər Surəsi 14. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnkar edilmiş (peyğəmbərə) mükafat olaraq o (gəmi) Gözlərimiz önündə üzüb gedirdi.
Bünyadov-Məmmədəliyev:
(Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.
Elmir Quliyev :
Ковчег поплыл у Нас на Глазах в воздаяние тому, в кого не уверовали (или тем, которые не уверовали).
Ələddin Sultanov:
O gəmi, (qövmü tərəfindən) inkar edilənə (Nuha) mükafat olaraq gözlərimizin önündə (nəzarətimiz altında) üzürdü.
Kerbelayi Malik ağa:
(Gəmi) gözümüzün önündə üzüb gedirdi, inkar edilmiş olana (Hz. Nuha) bir mükafat olaraq.
Ələsgər Musayev:
cari olsun gözlərimizlə, cəza kim üçün ki, oldu inkar olunan.
A.Mehdiyev və D.Cəfərli:
O (gəmi öz qövmünün) inkar nankorluğ(un)a düçar olmuş kəsin mükafatı olaraq Bizim nəzərimiz müxtəlif himayələrimiz altında hərəkət edirdi.
Kövsər Tağıyev:
Gəmi inkar edilən kəsə (Nuha) bir mükafat olaraq nəzarətimiz altında üzürdü.
M.Qənioğlu və T.Bilaloğlu:
İnkar edilənə [Nuha] bir mükafat olaraq, o gəmi nəzarətimiz altında üzüb gedirdi.
Sabirə Dünyamalıyeva:
nankorluq edilən kəsə bir mükafat olsun deye,