Əlixan Musayev:
Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından vuruşarlar. Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır.
Bünyadov-Məmmədəliyev:
Onlar (münafiqlərlə yəhudilər) hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə (kəndlərdə), yaxud divar arxasında (qala içərisində) olarkən döyüşərlər (başqa şəraitdə sizinlə vuruşmağa cürət etməzlər). Onların öz aralarındakı vuruşmaları (və düşmənçilikləri) isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən onların əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm olmalarıdır.
Elmir Quliyev
:
Они не станут сражаться с вами вместе, разве что в укрепленных селениях или из-за стен. Меж собой у них жестокая вражда. Ты полагаешь, что они едины, но сердца их разобщены. Это потому, что они — люди неразумные.
Ələddin Sultanov:
Onlar sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə, yaxud sipər arxasından hamılıqla vuruşarlar. Öz aralarındakı vuruşmaları isə çox şiddətlidir. Sən onların həmrəy olduqlarını zənn edərsən, halbuki qəlbləri müxtəlif düşüncələr içindədir. Çünki onlar dərk etməyən bir tayfadır.
Kerbelayi Malik ağa:
Onlar möhkəmləndirilmiş şəhər içindən və ya divarlar arxasından olmadıqca, sizinlə toplu olaraq döyüşə bilməzlər. Onların öz aralarındakı düşmənlik daha şiddətlidir. Sən onları toplu sanarsan, (halbuki) onların qəlbləri dağınıqdır. Bu, onların ağıl işlətməyən bir qövm olmaları səbəbiylədir.
Ələsgər Musayev:
Onlar sizinlə döyüşməzlər cəmiyyən, ancaq
möhkəm kəndlərdə, ya divar arxasından. Onların basqısı öz
aralarında şiddətlidir. Hesab edirsən onlar cəmdirlər və qəlbləri
dağınıqdır. Bu, onlar ilə ona görədir ki, onlar əql etməyən
qoumdurlar.
A.Mehdiyev və D.Cəfərli:
Onların hamısı (yəhudilər və münafiqlər) sizə qarşı yalnız hasarları olan şəhər və kəndlərdə, yaxud (qalaların, ya evlərin) divarlar(ının) arxasında döyüşərlər. Zor-gücləri öz aralarında şiddətlidir. (Lakin siz möminlərin müqabilində zəifdirlər). Onların əlbir olduqlarını sanırsan, halbuki qəlbləri dağınıqdır, bunun səbəbi onların düşüncəsiz bir qövm olmasıdır.
Kövsər Tağıyev:
Onlar möhkəm qalalar içində və ya divarlar arxasında olmadan sizinlə toplu halda savaşa bilməzlər. Öz aralarındakı ixtilafları şiddətlidir. Sən onları birlik hesab edirsən. Halbuki qəlbləri pərən-pərəndir. Bu, onların dərrakəsiz bir qövm olmaları səbəbi ilədir.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar sizinlə birlikdə ancaq istehkam edilmiş şəhər və kəndlərdə və ya divarlar arxasından vuruşarlar. Onların öz aralarındakı vuruş da şiddətlidir. Sən onlarda birlik olduğunu zənn edirsən. Halbuki onların ürəkləri ayrı-ayrıdır. Bu ona görədir ki, onlar başa düşməyən adamlardır.
Sabirə Dünyamalıyeva:
Onlar, hamılıqla sizinlə döyüşə bilməzlər, ancaq, möhkəmləndirilmiş şəhərlərdə yaxud divarların arxasında döyüşərlər. Sən onların birlikdə olduqlarını güman edirsən, Belədir, çünki onlar, ağlını işlətməyən bir qövmdür.