Əlixan Musayev:
Yaradan (Allah) Lətif və (hər şeydən) Xəbərdar olduğu halda, ola bilərmi ki, O, (gizlində və aşkarda olanları) bilməsin?
Bünyadov-Məmmədəliyev:
Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!
Elmir Quliyev
:
Неужели этого не будет знать Тот, Кто сотворил, если Он — Проницательный (или Добрый), Ведающий?
Ələddin Sultanov:
Yaradan bilməzmi?! O, lətifdir (ən xırda işləri belə görüb biləndir), hər şeydən xəbərdardır.
Kerbelayi Malik ağa:
Yaradan (yaratdığını) bilməzmi? O, Lətifdir, Xəbirdir (xəbərdar olandır).
Ələsgər Musayev:
Ə, bilmir O kəs ki,
xəlq edib? O Lətifdir, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Məgər yaradan bunu bilməzmi? Agah ol, (düşüncə sahibini və onun düşünmək qüdrətini) yaradan kəs (onun düşündüklərini də) bilir. O, (hər şeyi) incəliyinə qədər görür və (hər şeydən) xəbərdardır.
Kövsər Tağıyev:
Yaradan bilməzmi? O, ən gizli şeyləri bilər, (hər şeydən) haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər yaradan bütün incəlikləri bildiyi və hər şeydən xəbərdar olduğu halda (gizlətdiklərinizi) bilməzmi?
Sabirə Dünyamalıyeva:
Əmələ gətirən, bilməzmi/O, əmələ gətirdiyi şeyi bilməzmi? Və O, çox lütf eləyən, gizlinləri biləndir, hər şeyin iç üzünü, gizli tərəflərini də yaxşı biləndir.