Əlixan Musayev:
Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır.
Elmir Quliyev
:
Среди нас есть мусульмане и уклонившиеся. Те, которые стали мусульманами, последовали прямым путем.
Ələddin Sultanov:
Bizdən müsəlman olanlar da var, haqq yoldan azanlar da. Müsəlman olanlar doğru yolu axtarıb tapanlardır.
Kerbelayi Malik ağa:
Həqiqətən bizdən (Allaha) təslim olanlar da var və bizdən qəlbləri daş kimi sərt olanlar var. Kim Allaha təslim olmuşsa onlar, irşad olmağı axtaranlardır (diləyənlərdir).
Ələsgər Musayev:
Həqiqətən, bizdən təslim olanlar vardır və bizdən geriyə çəkilənlər vardır. Kim təslim olan oldu – həmin onlardır ki, ərşad yol ilə getmişlər.
A.Mehdiyev və D.Cəfərli:
«Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır».
Kövsər Tağıyev:
“Şübhəsiz, aramızda müsəlman olanlar da var, haqq yoldan sapanlar da var. Kim müsəlman olarsa, onlar doğrunu axtarıb tapıblar”.
M.Qənioğlu və T.Bilaloğlu:
Şübhəsiz ki, içərimizdə özünü (Allaha) təslim edənlər də, haqdan dönənlər də vardır. Kim özünü (Allaha) təslim edərsə, belələri doğru yolu axtarıb tapanlardır,
Sabirə Dünyamalıyeva:
Və həqiqətən bizim vəziyyətimizə gəldikdə, bizdən müsəlmanlar da var, səhv; öz zərərinə olan əməli işləyənlər də var.