Əlixan Musayev:
O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir.
Bünyadov-Məmmədəliyev:
O gün (qiyamət qopanda) yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) yumşaq qum təpəsinə dönəcəkdir.
Elmir Quliyev
:
В тот день земля и горы сотрясутся, и горы превратятся в холмы сыпучего песка.
Ələddin Sultanov:
O gün yer üzü və dağlar silkələnəcək, dağlar dağılan qum yığınlarına çevriləcəkdir.
Kerbelayi Malik ağa:
O gün yer üzü və dağlar şiddətlə sarsılar və dağlar dağılmış qum yığını olmuşdur.
Ələsgər Musayev:
Həmin gün necə ki, ərz və dağlar titrəyər və dağlar qum kimi dağılıb, səpələnər!
A.Mehdiyev və D.Cəfərli:
O gündə ki, bu yer və dağlar titrəyərlər və dağlar yumşaq qum təpələri şəklində axarlar.
Kövsər Tağıyev:
Yerin və dağların sarsılacağı və dağların axıb gedən qum yığını olacağı günü (Qiyaməti) xatırla.
M.Qənioğlu və T.Bilaloğlu:
O günü yer və dağlar titrəyəcək, dağlar yavaş-yavaş axıb tökülən qum təpələrinə çeviriləcəkdir.
Sabirə Dünyamalıyeva:
O gündə ki, yer və dağlar titrəyəcək və dağlar əriyib axan bir qum yığınına çevriləcək.