Bəqərə Surəsi 140. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yaqubun onun nəslinin yəhudi yaxud xaçpərəst olduğunu deyirsiniz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir­.
Bünyadov-Məmmədəliyev:
Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun onun övladının (nəslinin) yəhudi ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir.
Elmir Quliyev :
Неужели вы скажете, что Ибрахим (Авраам), Исмаил (Измаил), Исхак (Исаак), Йакуб (Иаков) и колена (двенадцать сыновей Йакуба) были иудеями или христианами? Скажи: "Вы лучше знаете или же Аллах? Кто может быть несправедливее того, кто скрыл имеющееся у него от Аллаха свидетельство? Аллах не пребывает в неведении относительно того, что вы совершаете".
Ələddin Sultanov:
Yoxsa İbrahim, İsmail, İshaq, Yaqub onun övladlarının yəhudi, yaxud xaçpərəst olduqlarınımı deyirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən bildirilən bu şahidliyi (dəlili) gizlədən kimsədən daha zalım kim ola bilər? Allah gördüyünüz işlərdən xəbərsiz deyildir”.
Kerbelayi Malik ağa:
Yoxsa siz: ‘Şübhəsiz ki, İbrahim (ə.s), İsmayıl (ə.s), İshaq (ə.s), Yaqub (ə.s) nəvələri yəhudi ya xristian idilər’ deyirsiniz? De ki: ‘Sizlərmi daha yaxşı bilirsiniz, yoxsa Allahmı?’ Allah tərəfindən verilən, Onun yanındakı şahidliyi gizlədən kimsədən daha zalım kim vardır? Allah etdiklərinizdən qafil deyil.
Ələsgər Musayev:
Yoxsa deyirsiniz, həqiqətən, Ibrahim Ismail Ishaq Yəqub nəsilləri oldular hidayət olunan, yaxud yardım olunan? De: «Ə, siz bilirsiniz, yoxsa Allah? Kim zalimdir o kəsdən kigizlətdi şəhadəti öz yanında Allahdan? deyil Allah qafil ilənədən ki, əməl edirlər!»
A.Mehdiyev və D.Cəfərli:
Deyirsiniz ki, İbrahim, İsmail, İshaq, Yəqub (Yəqubun nəvələri olan) Əsbat yəhudi ya da xaçpərəst olublar? De: «Siz daha çox bilirsiniz yoxsa Allah» (ki, onların yəhudilik xaçpərəstlikdən uzaq olduqlarına şəhadət vermişdir siz bunu bilir gizlədirsiniz)? Allah tərəfindən yanında olan (hər hansı) bir şəhadəti gizlədəndən daha zalım kim ola bilər?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.
Kövsər Tağıyev:
Yoxsa siz: “İbrahim də, İsmail də, İshaq da, Yaqub ilə Yaqub oğulları da yəhudi xristian idilər”, deyirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahdan gələn bir həqiqəti gizləyən kimsədən daha zalım kim ola bilər? Allah etdiyiniz əməllərdən xəbərsiz deyil.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa siz deyirsiniz ki, İbrahim, İsmail, İshaq, Yaqub əsbatı yəhudi, ya da xaçpərəst olmuşlar ? De: "Siz yaxşı bilirsiniz yoxsa Allah ? Allahın bildirdiyi şəhadəti gizlədənlərdən zalımı varmı ? Şübhəsiz ki, Allah etdiklərinizdən qafil deyildir.
Sabirə Dünyamalıyeva:
Yoxsa siz deyirsiniz ki, "Şübhəsiz, İbrahim, İsmail, İshaq, Yəqub nəvələri də, hamısı yəhudi yaxud xristian idilər"? De ki: "Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən gələn bir şahidliyi öz yanında gizlədib saxlayandan daha çox özünə haqsızlıq edən kim ola bilər? Allah sizin əməllərinizin xəbərsiz, qafil deyil."