Nisa Surəsi 141. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar sizə göz qoyurlar (gözləyirlər ki sizə bir bəla gəlsin). Əgər Allahdan sizə bir qələbə gəlsə: “Məgər biz sizinlə deyildikmi?”– deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa: “Məgər biz (möminlərlə birlikdə) sizə qalib gələ bilməzdikmi, sizi möminlərdən qorumadıqmı?”– söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri (məğlub etməyə )yol verməyəcəkdir.
Bünyadov-Məmmədəliyev:
(Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: “Məgər biz sizinlə deyildikmi? deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: “Məgər (möminlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz möminlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmı? söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!
Elmir Quliyev :
Они ждут, когда вас постигнет беда. Если Аллах одаряет вас победой, они говорят: "Разве мы не были с вами?" Если же доля достается неверующим, они говорят: "Разве мы не покровительствовали вам (или не помогали вам) и не защитили вас от верующих?" Аллах рассудит между вами в День воскресения. Аллах не откроет неверующим пути против верующих.
Ələddin Sultanov:
Allahdan sizə bir qələbə nəsib olarsa, sizi kənardan izləyənlər (münafiqlər) belə deyərlər: “Biz sizinlə birlikdə deyildikmi?” Əgər kafirlərə (zəfər) nəsib olarsa, (bu dəfə onlara:) “Biz (müharibədə) üstünlüyünüzü təmin edib sizi möminlərdən qorumadıqmı?” - deyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcək kafirlərə, möminlərin əleyhinə bir yol verməyəcəkdir.
Kerbelayi Malik ağa:
Onlar sizi gözləyirlər, belə ki, sizə Allahdan bir fəth (zəfər) gəldikdə ’Biz sizinlə birlikdə deyildikmi?’ dedilər. Əgər kafirlərə bir zəfər nəsib olduqda (o zaman da) ‘Biz sizin üzərinizə sipər olmadıqmı? Sizə möminlərdən (gələcək olana) mane olmadıqmı?’ dedilər. Artıq Allah qiyamət günü sizin aranızda hökm verəcək. Allah kafirlərə möminlərə qarşı əsla bir yol açacaq deyil.
Ələsgər Musayev:
O kəslər ki, daim gözləyirlər sizinin nəsibinizi. Əgər sizə Allah tərəfindən fəth nəsib olarsa, deyərlər: «Ə, olmadıqmı sizinlə?» əgər olarsa kafirlərə nəsib olsa, deyərlər: «Ə, biz sizə yardım etmədikmi sizə qarşı inananlara mane olmadıqmı?» Allah hökm edəcək qiyamət günündə aranızda. Allah kafirlər üçün inananların əleyhinə çıxış yolu qərar verməz!
A.Mehdiyev və D.Cəfərli:
(Həmin) o kəslər(i) ki, həmişə sizə bir hadisə (üz verməsini) gözləyirlər. Beləliklə, əgər Allah tərəfindən sizə bir qələbə yetişsə, «məgər biz sizinlə birgə deyildik? (Odur ki, qənimətlərdən bizim payımızı verin)» deyərlər. Əgər (qələbədən) kafirlərə bir pay düşsə, (kafirlərə) deyərlər: «Məgər biz (söhbətdə) sizə qalib gəlmirdik (ki, qələbə çalmaq üçün öz əqidələrinizdən möhkəm yapışın)?; məgər döyüşlərdə sizə qalib gəlmirdik sizdən əl götürərək, sizi möminlərdən (onların zərər-ziyanlarından)qorumurduq? (Buna görə bizi qənimətə şərik edin)». Allah Qiyamət günü sizin aranızda hökm edəcəkdir. Allah heç zaman kafirlərin (dəlil-sübut gətirməkdə) möminlərə qalib gəlmələrinə bir yol qoymayacaqdır.
Kövsər Tağıyev:
Onlar (göz qırpmadan) sizi izləyən kimsələrdir. Əgər Allah tərəfindən sizə bir fəth (zəfər) nəsib olarsa: “Biz sizinlə bərabər deyildikmi?” deyərlər. Əgər kafirlərin (zəfərdən) bir payı olarsa: “Sizə üstün tutub möminlərdən qorumadıqmı?” deyərlər. Allah qiyamət günü aranızda hökmünü verəcək. Allah möminlərin əleyhinə kafirlərə heç bir yol verməyəcək.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəsləri ki, onlar sizə göz qoyurlar; əgər Allah tərəfindən sizə bir zəfər gələrsə, onlar: "Məgər biz sizinlə deyildik?" - söyləyərlər. Əgər kafirlərə bir qələbə nəsib olarsa "Məgər biz (möminlərlə birlikdə) sizə qələbə çala bilməzdik? Möminlərin (qələbəsinə) mane olmadıqmı?"- deyərlər. Allah qiyamət günü (onlarla) sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt möminlərə qarşı kafirlər üçün bir yol qoymayacaqdır.
Sabirə Dünyamalıyeva:
Allah tərəfindən sizə bir qələbə olsa onlar: "Biz sizinlə birlikdə deyildikmi?" deyərlər. Kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün bir pay olduqda da: "Sizdən üstün olmadıqmı, sizi möminlərdən qorumadıqmı?" deyərlər. Allah, qiyamət günündə sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlərə] əsla möminlərin əleyhinə olan bir yol göstərməz.