Əlixan Musayev:
Talvar üzərində olan və talvarsız (öz gövdəsi üzərində duran) bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin, yığım günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.
Bünyadov-Məmmədəliyev:
Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!
Elmir Quliyev
:
Он — Тот, Кто создал сады на трельяжах и без трельяжей, финиковые пальмы и злаки с различным вкусом, оливки и гранаты, имеющие сходства и различия. Вкушайте эти плоды, когда они созревают, и отдавайте должное в день уборки , но не излишествуйте, ведь Он не любит тех, кто излишествует.
Ələddin Sultanov:
Talvarlı və talvarsız (üzüm) bağları, müxtəlif dadlarda xurmalar, əkinlər, bir-birinə bənzəyən və bənzəməyən zeytun və narı yaradan Odur. Bar verdiyi zaman onun barından yeyin. Yığım günü də haqqını (zəkatını, sədəqəsini) verin, ancaq israf etməyin! Həqiqətən, Allah israf edənləri sevməz.
Kerbelayi Malik ağa:
Çardaqlı və çardaqsız bağçaları, xurmaları, yeyilən müxtəlif əkinləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunları və narları yaradan Odur. Məhsul verdiyi zaman onun məhsulundan yeyin. Onu topladığınız gün haqqını verin. İsraf etməyin. Şübhəsiz ki, O, israf edənləri sevməz.
Ələsgər Musayev:
Xəsarətdə oldular o kəslər ki, övladlarını elmsiz olaraq səfehlik üzündən qətlə yetirdilər və Allahın üzərinə iftira yaxaraq Allah verən ruzini haram etdilər. Zəlalətə düşüb və hidayət olunmadılar!
A.Mehdiyev və D.Cəfərli:
Çardaq üzərində olan və çardaqsız bağları, xurma ağacını, müxtəlif məhsullu əkini və bir-birinə oxşayan və oxşamayan zeytunu və narı yaradan Odur. Bar verən zaman onların meyvə və məhsulundan yeyin və onun (Allahın) haqqını biçin (və məhsul yığılan) gün verin. (Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir.
Kövsər Tağıyev:
O, çardaqlı və ya çardaqsız olaraq bağları, məhsulları, növbənöv xurmalıqları və əkinləri, zeytunu və narı (hər biri) bir-birinə bənzər və (hər biri) bir-birindən fərqli şəkildə yaradandır. Bunlar bar verdikdə meyvələrindən yeyin. Yığım günü də haqqını (öşürünü) verin, lakin israf etməyin. Çünki O, israf edənləri sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Dayaq üzərində və öz gövdəsi üzərində duran bağlan, dadları müxtəlif olan xurma və bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Onlar məhsul verəndə meyvələrdən yeyin və yığım vaxtı haqqını [zəkat və sədəqə] verin, ancaq israfa varmayın. Həqiqətən, Allah israfa varanları sevmir!
Sabirə Dünyamalıyeva:
Və Allah asma və asma olmayan bağları, xurmaları, müxtəlif məhsullar verən əkinləri, zeytunları və narları, bir-birinə bənzəyən və bənzəməyən şəkildə əmələ gətirəndir. Meyvə verdikdə meyvəsindən yeyin, məhsul yığımı günü də onun haqqını verin və israf etməyin. Şübhəsiz ki, Allah, israf edənləri sevməz.