Bəqərə Surəsi 142. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Səfeh adamlar deyəcək-lər: “Onları üz tutduqları qiblədən döndərən oldu?” De: “Məşriq də, məğrib Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”.
Bünyadov-Məmmədəliyev:
(Mədinədəki yəhudi münafiqlərdən) ağılsız adamlar deyəcəklər: “(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?” (Ya Rəsulum! Onların cavabında) de: “Şərq də, Qərb Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”.
Elmir Quliyev :
Глупые люди скажут: "Что заставило их отвернуться от киблы, к которой они поворачивались лицом прежде?" Скажи: "Восток и запад принадлежат Аллаху. Он наставляет, кого пожелает, на прямой путь".
Ələddin Sultanov:
Səfehlər: “Onları (müsəlmanları) üz tutduqları qiblələrindən döndərən nədir”? - deyəcəklər. De ki: “Şərq də, Qərb Allahındır. O, dilədiyini doğru yola yönəldər”.
Kerbelayi Malik ağa:
İnsanlardan səfeh olanlar deyəcəklər ki: ‘Onları üz tutduqları qiblədən döndərən nədir?’ De ki: ‘Şərq qərb Allahındır. O, dilədiyini Sirati Müstəqimə hidayət edər.’
Ələsgər Musayev:
Deyəcəklər səfehləri insanlardan: «Nə döndərdi onları qiblələrindən, hansı kiolmuşdular üzərində onun?» De: «Allah üçündür məşriq məğrib. Hidayət edir kim istəyir tərəfinə yolun düzünün!»
A.Mehdiyev və D.Cəfərli:
Tezliklə səfeh insanlar deyəcəklər: «Onları (müsəlmanları) üz tutduqları qiblədən (Beytül-Müqəddəsdən Kə’bəyə tərəf) döndərdi?» De: «Şərq qərb Allahındır, istədiyi şəxsi (bəşər cəmiyyətinin xeyirinə olan) doğru yola hidayət edir.» (Bir müddət Qüdsə üz tutmaq məsləhət idi, ondan sonra isə Kə’bəyə üz tutmaq məsləhətdir.)
Kövsər Tağıyev:
Bəzi özünübilməz insanlar: “Onları (müsəlmanları) üz tutduqları qiblədən döndərən nədir?” deyəcəklər. De ki: “Şərq də, qərb Allahındır. Allah istədiyi kimsəni doğru yola yönəldər”.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlardan səfeh olanları deyəcəklər: "Görəsən, onları (müsəlmanları) üz tutduqları qiblədən döndərən oldu ?" De: "Şərq də, Qərb Allahındır. O, istədiyi kəsi düz yola yönəldir."
Sabirə Dünyamalıyeva:
Ağlı kəsməyən insanlar deyəcəklər: "Bunları, əvvəlki hədəflərindən/strategiyalarından döndərən nədir?" De ki: "Şərq qərb [hər tərəf] yalnız Allahındır. O, dilədiyi/diləyən kimsəni doğru yola yönəldər."