Şüəra Surəsi 142. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Qardaşları Saleh o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz?
Bünyadov-Məmmədəliyev:
O vaxt ki, qardaşları Saleh onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz?
Elmir Quliyev :
Вот их брат Салих сказал им: "Неужели вы не устрашитесь?
Ələddin Sultanov:
O zaman qardaşları Saleh onlara belə demişdi: “(Allahdan) qorxmursunuzmu?
Kerbelayi Malik ağa:
Onların qardaşı Saleh (ə.s) onlara: ‘Siz təqva sahibi olmayacaqsınızmı?’ demişdi.
Ələsgər Musayev:
Onda onlara dedi onların qardaşı Saleh: «Ə, qorxmursunuzmu?
A.Mehdiyev və D.Cəfərli:
O zaman onların (qəbilə) qardaşları Saleh onlara dedi: «Məgər (şirk küfrdən) çəkinmirsiniz?»
Kövsər Tağıyev:
Qardaşları Salih onlara belə demişdi: “Allaha qarşı gəlməkdən çəkinmirsinizmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman onların qardaşı Saleh onlara dedi: “Məgər siz qorxmursunuz?
Sabirə Dünyamalıyeva:
O zaman qardaşları Saleh onlara demişdi ki: “Allahın qoruması altına girməzsinizmi?