Ali-İmran Surəsi 143. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Siz ölümlə qarşılaşmamışdan öncə onu arzulayırdınız. İndi isə siz onu öz gözlərinizlə gördünüz.
Bünyadov-Məmmədəliyev:
Siz (Bədr vuruşunda) ölümlə qarşılaşmadan əvvəl ölüm (şəhid olmaq) arzulayırdınız. (Ühüd vuruşunda isə) artıq onu gördünüz durub baxdınız.
Elmir Quliyev :
Вы действительно желали смерти, пока не встретились с ней. Теперь вы увидели ее воочию.
Ələddin Sultanov:
Həqiqətən, siz ölümlə qarşılaşmadan əvvəl onu arzulayırdınız. Artıq onu əyani şəkildə gördünüz.
Kerbelayi Malik ağa:
And olsun ki, siz ölümü (şəhid olmağı) onunla qarşılaşmadan (üz-üzə gəlmədən) əvvəl təmənna edirdiniz (istəyirdiniz). İndi onu görmüş oldunuz. (Halbuki) siz (şəhid olaraq ölməyi) gözləyirdiniz.
Ələsgər Musayev:
Əlbəttə, ölüm təmənna edirdiniz onu görməmişdən qabaq. Fəqət gördünüz onu durub nəzər saldınız!
A.Mehdiyev və D.Cəfərli:
Subh?siz, siz oluml? qars?lasmam?sdan qabaq onu arzulay?rd?n?z (mominl?r Uhud muharib?sind?n qabaq s?hid olmag? arzulay?rd?lar). Bel?likl?, h?qiq?t?n (Uhud muharib?sind?) ona baxd?g?n?z halda gordunuz onu! (B?s onda sars?nt? v? doyusd?n qacmaq n? ucundur?)
Kövsər Tağıyev:
And olsun ki, siz ölümlə qarşılaşmadan əvvəl onu arzulayırdınız. Artıq onu gördünüz, ancaq durub baxırsınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Ölümlə üz-üzə gəlməzdən əvvəl siz onu [şəhid olmağı] arzu edirdiniz. Artıq onu gördünüz, siz isə durub baxırsınız.
Sabirə Dünyamalıyeva:
And olsun ki, siz ölümlə qarşılaşmadan əvvəl onu arzulayırdınız. Budur, onu həqiqətən baxıb gördünüz.