Bəqərə Surəsi 144. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.
Elmir Quliyev :
Мы видели, как ты обращал свое лицо к небу, и Мы обратим тебя к кибле, которой ты останешься доволен. Обрати же свое лицо в сторону Заповедной мечети. Где бы вы ни были, обращайте ваши лица в ее сторону. Воистину, те, которым даровано Писание, знают, что такова истина от их Господа. Аллах не пребывает в неведении относительно того, что они совершают.
Ələddin Sultanov:
(Ey Peyğəmbər!) Üzünün göyə tərəf çevrildiyini görürük. Ona görə səni mütləq razı qalacağın qibləyə döndərəcəyik. Üzünü Məscidi-harama (Kəbəyə) tərəf çevir! (Ey müsəlmanlar!) Siz harada olsanız, üzünüzü ona tərəf çevirin! Şübhəsiz, kitab verilənlər onun (Quranın) özlərinin Rəbbi tərəfindən gələn həqiqət olduğunu yaxşı bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir.
Kerbelayi Malik ağa:
Biz sənin (ilahi əmri gözləyərək) üzünü göyə çevirdiyini görürdük. Artıq mütləq səni razı (məmnun) olacağın qibləyə çevirəcəyik. Bundan sonra üzünü Məscidi Haram tərəfinə çevir. Siz harada olsanız (namazda) üzlərinizi o istiqamətə çevirin. Şübhəsiz ki, kitab verilənlər bunun Rəblərindən bir haqq (gerçək) olduğunu əlbəttə bilərlər. Allah onların etdiklərindən xəbərsiz deyil.
Ələsgər Musayev:
Əlbəttə, görürük vəchini səmaya çevirməyini. Döndərəcəyik səni qibləyə kirazısan ona. Döndər vəchini məscidil-haram səmtinə! Harada oldunuz, döndərin vəchinizi səmtinə onun! Həqiqətən, o kəslər ki, əta olunub kitab, bilirlər ki, o, haqdır Rəblərindən deyil Allah qafil ilə nədən ki, əməl edirlər.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər. Harada olsanız üzünüzü ona tərəf döndərin. Həqiqətən, (səma) kitab(ı) verilmiş kəslər bilirlər ki, şübhəsiz, bu, (Kə’bəyə üz tutmaq) onların Rəbbi tərəfindən olan bir haqqdır. (Çünki, onların kitabında İslam Peyğəmbərinin iki qibləyə namaz qılacağı vardır.) Allah onların etdiklərindən (müxalifətlərindən) qafil deyildir.
Kövsər Tağıyev:
(Ey Muhamməd!) Biz sənin üzünü göyə çevirdiyini (vəhy gözlədiyini) görürük.(Narahat olma,) əlbəttə ki, səni razı qalacağın bir qibləyə tərəf döndərəcəyik. (Bundan sonra) üzünü Məscidi-Harama tərəf çevir. (Ey müsəlmanlar!) Siz harada olursunuz olun, (namazda) üzünüzü hər zaman ona tərəf çevirin. Şübhəsiz ki, kitab verilənlər bunun Rəblərindən (gələn) bir həqiqət olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyil.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz sənin üzünü səmaya dikildiyini görürük. Biz sənin üzünü razı qalacağın bir qibləyə mütləq çevirəcəyik. Sən üzünü Məcidül-Hərama (Kəbəyə) tərəf döndər. Harada olursunuzsa olun, özünüzü ona tərəf çevirin ! Kitab bəxş olunmuşalr bilirlər ki, bu onların Rəbbindən olan bir haqqdır. Allah onların nələr etdiklərindən qafil deyildir.
Sabirə Dünyamalıyeva:
Biz, sənin Bizdən gözləməkdə olduğunu həqiqətən görürük. Artıq səni razı qalacağın bir hədəfə/strategiyaya [tərəf] döndərəcəyik. Haydı, üzünü Məscidülhərama/toxunulmaz təhsil-təlim ocağı tərəfə çevir; ağılın-fikrin həmişə təhsildə-təlimdə olsun. Siz də, harada olursunuzsa olun, üzünüzü o tərəfə çevirin! Özlərinə Kitab verilmiş kəslər də, əlbəttə ki, bunun Rəbbindən gələn bir gerçək olduğunu bilirlər. Allah, onların etdiklərindən xəbərsiz, qafil deyil.