Əlixan Musayev:
(Allah) dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və (səninlə )danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!”
Bünyadov-Məmmədəliyev:
(Allah) belə buyurdu: “Ya Musa! Mən Öz risalətlərimdə (Tövratın lövhələrini nazil etməklə) və (səninlə arada heç bir vasitə olmadan) danışmağımla (dövründəki bütün) insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və (bu nemətlərə görə) şükür edənlərdən ol!”
Elmir Quliyev
:
Он сказал: "О Муса (Моисей)! Я возвысил тебя над людьми благодаря Моему посланию и Моей беседе. Посему возьми то, что Я даровал тебе, и будь одним из благодарных".
Ələddin Sultanov:
Allah dedi: “Ey Musa! Mən vəhylərimlə və səninlə danışmağımla səni insanlardan seçib üstün tutdum. Ona görə də sənə verdiyimi al və şükür edənlərdən ol!”
Kerbelayi Malik ağa:
(Allahu Təala) belə buyurdu: ‘Ey Musa! Şübhəsiz ki, Mən risalətimlə və kəlamımla səni insanların üzərinə seçdim. Artıq sənə verdiyim şeyləri al və şükür edənlərdən ol.’
Ələsgər Musayev:
Dedi: «Ay Musa! Həqiqətən, Mən seçdim səni insanlar üzərində risalətimlə və kəlməmlə. Nə ki, sənə verirəm al və şükr edənlərdən ol!»
A.Mehdiyev və D.Cəfərli:
(Allah) buyurdu: «Ey Musa! Mən səni Öz risalət və tapşırıqlarımla (onların yerinə yetirilməsi ilə) və (səninlə) danışmağımla bütün insanlardan seçdim (üstün etdim). Buna görə də, sənə verdiyimi götür və şükr edənlərdən ol».
Kövsər Tağıyev:
Allah: “Ey Musa! Vəhylərim və danışmağımla səni seçib insanlardan üstün tutdum. Elə isə sənə verdiyimi al və şükür edənlərdən ol!” – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
(Allah) dedi: "Ey Musa! Mən Öz risalələrim və kəlamım üçün insanlar arasından səni seçdim! Sənə bəxş etdiklərimi götür və şükr edənlərdən ol!"
Sabirə Dünyamalıyeva:
Allah dedi ki: "Ey Musa! Vəhylərimlə və kəlamımla səni insanların üzərinə seçdim. İndi sənə verdiyimi götür və özünə verilən nemətlərin əvəzini verənlərdən ol!"