Bəqərə Surəsi 145. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar. Sən onların qibləsinə üz tutan deyilsən. Onlar özləri bir-birlərinin qibləsinə üz tutan deyillər. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, sən zalımlardan olarsan.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar. Sən onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!
Elmir Quliyev :
Какое бы знамение ты ни показал тем, кому было даровано Писание, они все равно не станут обращаться к твоей кибле, а ты не станешь обращаться к их кибле. Никто не станет обращаться к кибле других. А если ты станешь потакать их желаниям после того, как к тебе явилось знание, то тогда ты окажешься в числе беззаконников.
Ələddin Sultanov:
Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar (yönəlməzlər). Sən onların qibləsinə tabe olan deyilsən. Onlar özləri bir-birinin qibləsinə tabe olan deyillər. Əgər sənə gələn elmdən sonra onların arzularına uysan, o zaman sən zalımlardan olarsan.
Kerbelayi Malik ağa:
Əgər həqiqətən, kitab verilənlərə ayələrin (möcüzələrin) hamısını gətirsən (yenə də) sənin qiblənə tabe olmazlar. Sən onların qibləsinə tabe olacaq deyilsən. Onların bir qismi digərlərinin qibləsinə uymazlar. Sənə gələn elmdən sonra həqiqətən onların həvalarına uysan, o zaman şübhəsiz ki, sən zalımlardan olarsan.
Ələsgər Musayev:
Əgər gələsən o kəslərə kiəta olunub kitabkülli ayətlərlə, tabe olmazlar qiblənə sənin sən tabe olmazsan onların qiblələrinə bəzisi onların tabe olmazlar bəzisinin qibləsinə əgər tabe olsan istəklərinə onların sənə elm gəldikdən sonra, həqiqətən, sən, onda zalimlərdənsən!
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, sən kitab əhli üçün hər nişanə dəlil gətirsən onlar sənin qiblənə tabe olmayacaqlar sən heç vaxt onların qibləsinə tabe olmayacaqsan. Həmçinin onların bəzisi digərinin qibləsinə tabe olmayacaqdır. Əgər sənə verilmiş o elmdən sonra onların istəklərinə tabe olsan, onda şübhəsiz ki, zalımlardan olacaqsan.
Kövsər Tağıyev:
And olsun ki, sən kitab verilənlərə hər cür möcüzə gətirsən də, onlar yenə sənin qiblənə tabe olmazlar. Sən onların qibləsinə tabe olan deyilsən. Onlar bir-birilərinin qibləsinə tabe olmazlar. And olsun ki, əgər sənə gələn bu qədər elmdən sonra onların arzu istəklərinə uysan, şübhəsiz ki, onda sən zalımlardan olarsan.
M.Qənioğlu və T.Bilaloğlu:
Kitab bəxş olunmuşlara hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmayacaqlar. Sən onların qibləsinə üz tutan deyilsən. Onlar heç özləri bir-birilərinin qibləsinə üz tutmazlar. Əgər sənə bilik gəldikdən sonra onların həva-həvəsinə uysan, onda sən zalımlardan olarsan.
Sabirə Dünyamalıyeva:
and olsun ki, sən o Kitab verilmiş kəslərə, bütün ayələri gətirsən, yenə sənin hədəfinə/strategiyana tabe olmazlar. Sən onların hədəfinə/strategiyasına tabe olan deyilsən. Onsuz da onlar da bir-birlərinin hədəflərinə/strategiyalarına tabe olmurla. Yenə and olsun ki, sənə gələn bu qədər elmdən sonra, sən onların boş-müvəqqəti arzularına uysan, o zaman heç şübhəsiz sən, öz nəfsinə haqsızlıq edən kəslərdən olarsan.