Əlixan Musayev:
Biz onun üçün lövhələrdə hər şeydən öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq (və dedik:) “Bunları möhkəm tut və camaatına da onun ən yaxşısından yapışmağı əmr et! Mən sizə fasiqlərin yurdunu göstərəcəyəm.
Bünyadov-Məmmədəliyev:
Biz onun üçün lövhələrdən hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyurduq: ) “Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı çox olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axirətdə) sizə fasiqlərin yurdunu (Cəhənnəmi) göstərəcəyəm!
Elmir Quliyev
:
Мы написали для него на скрижалях увещевание о всякой вещи и разъяснение всего сущего: "Держи их крепко и вели твоему народу следовать наилучшему из этого. Я покажу вам Обитель нечестивцев.
Ələddin Sultanov:
(Din barəsində) hər cür nəsihəti və hər şeyin izahını onun üçün lövhələrdə yazdıq. Bunları möhkəm tut və qövmünə də onların ən gözəlindən yapışmalarını əmr et! Yaxın bir vaxtda sizə fasiqlərin yurdunu göstərəcəyəm. (Bu ayədə Tövratın lövhələrə yazılmış bir halda Allah tərəfindən Həzrət Musaya verildiyi bildirilir. Lövhələrdə İsrail oğulları üçün dini qayda və qanunlar yazılmışdı. Ayədə keçən “ən gözəlindən yapışmaları” ifadəsi “Tövratdakı əmrlərə tabe olmaları” mənasına gəlir. Bu ayədəki “fasiqlərin yurdu” ifadəsi ilə Əmaliqə qövmünün hakimiyyətindəki Qüds və Şam bölgələri nəzərdə tutulur. Həzrət Musanın vəfatından sonra İsrail oğulları bu torpaqları ələ keçirib oralara hakim olmuşdular.)
Kerbelayi Malik ağa:
Biz Ona (Hz. Musaya) lövhələrdə hər şeydən öyüd-nəsihət verərək və hər şeyi təfsil edərək (qəti hökmlə ayrı-ayrı açıqlayaraq) yazdıq. Artıq onu möhkəm tut və qövmünə əmr et. Onu ən gözəl şəkildə alsınlar (tətbiq etsinlər). Yaxında sizə fasiqlər yurdunu göstərəcəm.
Ələsgər Musayev:
Biz onun üçün o lövhələrdə külli şeyin barəsində ki, moizə idi və külli şey üçün müfəssəl idi yazdıq. Al onu qüvvətlə və öz qoumuna əmr et ki, alsınlar onlar da onun yaxşısı ilə! Mən göstərəcəyəm sizə diyarını fasiqlərin!
A.Mehdiyev və D.Cəfərli:
Və onun üçün (Tövratın) lövhələr(in)də hər bir mövzu barəsində nəsihət və (camaatın etiqad və əməlləri barəsində) hər bir şey üçün ətraflı şərh yazdıq (və dedik): «var gücünlə onu götür (öyrən) və öz qövmünə onun ən gözəlini götürmələrini (öyrənmələrini) əmr et (vacibləri götürsünlər və haramları tərk etsinlər). Tezliklə sizə günahkarların yurdunu (Ad və Səmud qövmlərinin, həmçinin fironçuların dünyada xaraba qalmış yurdlarını, axirətdə əbədi qalacaqları Cəhənnəmdəki yerlərini) göstərəcəyəm».
Kövsər Tağıyev:
Musa üçün Tövrat lövhələrində hər şeyə dair bir öyüd və hər şeyin təfsilatını yazdıq və ona belə dedik: “İndi onları möhkəm tut, qövmünə də əmr et ki, onları ən gözəl şəkildə mənimsəsinlər (tətbiq etsinlər). Yaxın zamanda sizə fasiqlərin yurdunu göstərəcəyəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
Lövhələrdə [Tövratda] Biz onun üçün hər şeydən bir öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq və (dedik): "Bunlardan möhkəm yapış və öz camaatına da əmr et ki, bunların ən yaxşısından yapışsınlar". Mən sizə azğınların məskənini [cəhənnəmi] göstərəcəyəm!
Sabirə Dünyamalıyeva:
Və Biz, onun üçün o lövhələrdə hər şeydən bir nəsihət və hər şey barədə bir təfsilat yazdıq. "Haydı, bunları möhkəm tut, qövmünə də əmr elə ki, ən gözəl surətdə tutsunlar. Tezliklə sizə, o haq yoldan çıxanların yurdunu göstərəcəyəm.