Ali-İmran Surəsi 147. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.
Bünyadov-Məmmədəliyev:
Onların: “Ya Rəbbimiz, günahlarımıza işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) kafirlərə qələbə çalmaqda bizə kömək et!” deməkdən başqa sözləri olmamışdır.
Elmir Quliyev :
Они не произносили ничего, кроме слов: "Господь наш! Прости нам наши грехи и излишества, которые мы допустили в нашем деле, утверди наши стопы и даруй нам победу над людьми неверующими".
Ələddin Sultanov:
Onlar yalnız: “Ey Rəbbimiz, günahlarımızı işlərimizdəki həddi aşmaları bağışla! Ayaqlarımızı (Sənin yolunda) möhkəmləndir kafirlər qövmünə qarşı bizə yardım et!” deyirdilər.
Kerbelayi Malik ağa:
Onların sözləri: ‘Rəbbimiz, bizim günahlarımızı məğfirət et işimizdəki israfımızı (əməllərimizdəki həddi aşmağı) bağışla. Ayaqlarımızı sabit tut kafirlər qövmünə qarşı bizə yardım et.’ deməkdən başqa bir şey olmadı.
Ələsgər Musayev:
Onların danışıqları ancaq bu idi ki, deyirdilər: «Rəbbimiz! Bağışla bizim üçün günahlarımızı işimizdə israfkarlığımızı sabit et qədəmlərimizi yardım et bizə üzərində kafir qoumun!»
A.Mehdiyev və D.Cəfərli:
(Doyusun sidd?tli anlar?nda) onlar?n dedikl?ri soz yaln?z bu idi ki: «Ey R?bbimiz! Bizim gunahlar?m?z? v? isimizd?ki israfc?l?g?m?z? bag?sla, q?d?ml?rimizi mohk?ml?ndir v? biz? kafir d?st?y? qars? kom?k et.»
Kövsər Tağıyev:
Onların sözləri sadəcə: “Rəbbimiz! Günahlarımıza işimizdə həddi aşdığımıza görə bizi bağışla (yolunda) qədəmlərimizi sabit et. Kafir qövmə qarşı bizə yardım et”, deməkdən ibarət idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların sözü ancaq: "Rəbbimiz, günahlarımızı, işimizdə ifrata varmağımızı bizə bağışla, qədəmlərimizi möhkəm et kafirlər üzərində qələbə çalmağımıza kömək et!"- olmuşdur.
Sabirə Dünyamalıyeva:
Onların sözləri yalnız bu idi: "Rəbbimiz! Bizim günahlarımızı işlərimizdə həddi aşmağımızı bağışla qədəmlərimizi möhkəmləndir, kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] dəstəsi qarşısında bizə kömək et!"