Əlixan Musayev:
Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz geniş mərhəmət sahibidir. Lakin Onun əzabı günahkar tayfadan uzaqlaşdırılmaz”.
Bünyadov-Məmmədəliyev:
Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz böyük mərhəmət sahibidir. Onun günahkar bir tayfaya (verəcəyi) əzabın da qarşısı alına bilməz!”
Elmir Quliyev
:
Если они сочтут тебя лжецом, то скажи: "Ваш Господь обладает обширной милостью, но Его наказание невозможно отвратить от грешных людей".
Ələddin Sultanov:
Əgər səni yalanlasalar, de: “Rəbbiniz geniş mərhəmət sahibidir. Onun verəcəyi əzab isə günahkar qövmdən dəf edilə bilməz”.
Kerbelayi Malik ağa:
Artıq səni yalanlayarlarsa, o zaman de ki: ‘Sizin Rəbbiniz geniş bir rəhmətin sahibidir və Onun əzabı günahkarlar qövmündən geri çevrilməz.’
Ələsgər Musayev:
O kəslər üçün ki, hidayət olunublar, haram etdik külli dırnaqlıları. Inək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, ya sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Həqiqətən, Biz doğru danışanlarıq!
A.Mehdiyev və D.Cəfərli:
Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz».
Kövsər Tağıyev:
Əgər səni təkzib edərlərsə, de ki: “Rəbbiniz geniş rəhmət sahibidir. (Bununla yanaşı) Onun əzabı günahkar bir qövmdən geri qayıtmaz (yan keçməz)”.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar səni yalançı hesab etsələr, onda de: "Sizin Rəbbiniz geniş mərhəmət sahibidir. Onun günahkar adamlara (verəcəyi) əzab dəfolunmazdır."
Sabirə Dünyamalıyeva:
Artıq, əgər səni yalançı sayarlarsa, dərhal de ki: "Rəbbiniz geniş mərhəmət sahibidir. Və Onun əzabı günahkarlar dəstəsindən dəf edilməz."