Əraf Surəsi 147. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ayələrimizi axirətə qovuşmağı yalan sayanların əməlləri puç oldu. Məgər onlar yalnız etdikləri bu əməllərə görə cəzalandırılmayacaqlarmı?
Bünyadov-Məmmədəliyev:
Ayələrimizi axirətə qovuşmağı doğru hesab etməyənlərin (bütün) əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!”
Elmir Quliyev :
Деяния тех, которые сочли ложью Наши знамения и встречу в Последней жизни, окажутся тщетными. Разве им не воздастся только за то, что они совершали?
Ələddin Sultanov:
Ayələrimizi axirətə qovuşmağı yalanlayanların əməlləri puça çıxmışdır. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər.
Kerbelayi Malik ağa:
Onlar ki, ayələrimizi axirətə qovuşmağı təkzib etdilər (yalanladılar) onların əməlləri puç oldu. Onlar etdiklərindən başqa bir şeyləmi cəzalandırılar?
Ələsgər Musayev:
O kəslər ki, yalan saydılar ayətlərimizlə Bizi axirət görüşünü, onların əməlləri puç olar. Məgər etmiş olduqları əməllərdən başqa cəzamı görərlər?
A.Mehdiyev və D.Cəfərli:
Bizim ayə nişanələrimizi, eləcə axirət görüşünü yalan sayan kəslərin (xeyir) əməlləri puç batil olacaqdır. Məgər onlar etdikləri əməllərdən başqa bir şeyləmi cəzalandırılacaqlar?!
Kövsər Tağıyev:
Ayələrimizi axirətə qovuşmağı yalan sayanların əməlləri boşa çıxmışdır. Onlar ancaq etdiklərinin cəzasını çəkərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim ayələrimizi axirətə qovuşacaqlarını yalan hesab edənlərin əməlləri boşa çıxdı. Məgər onlar tutduqları əməllərdən başqa bir şeyə görəmi haqq alacaqlar?
Sabirə Dünyamalıyeva:
- Ayələrimizi axirətdə qarşılaşmağı inkar edənlərin əməlləri puç oldu. Onlar, etdikləri əməllərdən başqa bir şeyləmi cəzalandırılacaqlar?