Əlixan Musayev:
Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi bağışlasanız, (bilin ki,) Allah əfv edəndir, (hər şeyə) Qadirdir.
Bünyadov-Məmmədəliyev:
Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir!
Elmir Quliyev
:
Если вы обнаружите добро, скроете его или простите злодеяние, то ведь Аллах — Снисходительный, Всемогущий.
Ələddin Sultanov:
Əgər yaxşı bir əməli açıqlasanız, yaxud gizlətsəniz və ya pis bir əməli əfv etsəniz, şübhəsiz ki, Allah da bağışlayandır, qüdrətlidir.
Kerbelayi Malik ağa:
Əgər bir xeyiri açıqlasanız ya da gizləsəniz və ya bir pisliyi bağışlasanız, o zaman şübhəsiz ki, Allah da bağışlayandır, (hər şeyə) qadirdir.
Ələsgər Musayev:
Əgər xeyiri aşkar edib, ya məxfi edəsiniz onu, ya əfv
edəsiniz pislikdən… Həqiqətən, Allah oldu Əfvi, Qədir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər yaxşı işi aşkar etsəniz, ya gizlətsəniz, yaxud pislikdən (başqalarının pisliklərindən) keçsəniz (bunların hamısında ilahi xislətlərə yiyələnmisiniz və) həqiqətən Allah həmişə (günahlardan) keçən və qüdrətlidir.
Kövsər Tağıyev:
Bir xeyri aşkara çıxarar və ya gizlədərsinizsə, yaxud bir yamanlığı əfv edərsinizsə (bilin ki), Allah da çox əfv edəndir, hər şeyə haqqı ilə gücü yetəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər xeyir bir işi aşkar və gizli etsəniz, yaxud bir pisliyi bağışlasanız (bilin ki,) həqiqətən, Allah əfv edəndir, hər şeyə qadirdir.
Sabirə Dünyamalıyeva:
Əgər bir xeyri aşkara çıxarsanız, yaxud onu gizlətsəniz, yaxud da bir pisliyi bağışlasanız, bilin ki, şübhəsiz ki, Allah çox bağışlayandır, ən qadir olandır.