Əraf Surəsi 149. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların əlləri yanlarına düşdükdə (tutduqları işə görə peşman olduqda) (haqq yoldan) azdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməsə bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Elə ki (peşmançılıqdan başları) əlləri arasına düşdü haqq yoldan azmış olduqlarını gördülər, (əməllərindən çox məyus olub) dedilər: “Əgər Rəbbimiz bizə rəhm etməsə bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq!”
Elmir Quliyev :
Когда же они пожалели о содеянном и увидели, что впали в заблуждение, то сказали: "Если наш Господь не смилостивится над нами и не простит нас, то мы непременно окажемся в числе потерпевших убыток".
Ələddin Sultanov:
Onlar (buzova sitayiş etməkdən) peşman olub haqq yoldan azdıqlarını gördükləri zaman dedilər: “Əgər Rəbbimiz bizə mərhəmət etməsə bizi bağışlamasa, həqiqətən, biz ziyana uğrayanlardan olacağıq”.
Kerbelayi Malik ağa:
Əllərinin arasına düşüncə (ağılları başlarına gəlincə peşman oldular) dəlalətə düşmüş olduqlarını gördülər: ‘Əgər Rəbbimiz bizə mərhəmət etməz bizi məğfirət etməzsə, mütləq biz hüsrana düşənlərdən olarıq.’ dedilər.
Ələsgər Musayev:
Amma elə ki, süquta yetdi əllərindəki gördülər, həqiqətən, onlar zəlildirlər, dedilər: «Əgər Rəbbimiz rəhm etməyə bizə bağışlamaya bizim üçün, xəsarətlilərdən olarıq!»
A.Mehdiyev və D.Cəfərli:
elə ki, özlərinə gəlib çox peşman oldular doğrudan da azdıqlarını gördülər «həqiqətən əgər Rəbbimiz bizə rəhm etməsə bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq» dedilər.
Kövsər Tağıyev:
İsrail oğulları (etdiklərinə) peşman olub həqiqətdən sapdıqlarını gördükdə: “Əgər Rəbbimiz bizə rəhm etməz bizi bağışlamazsa, biz mütləq ziyana uğrayanlardan olarıq”, dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Peşman olub əlləri yanlarına düşəndə artıq yoldan çıxdıqlarını görəndə dedilər: "Rəbbimiz bizə rəhm etməsə bizi bağışlamasa, hökmən ziyana düşənlərdən olacağıq!"
Sabirə Dünyamalıyeva:
Gözlərinin qabağına gəldikdə haqq yoldan azdıqlarını gördükdə, "Əgər Rəbbimiz bizə mərhəmət etməz bizi bağışlamazsa, həqiqətən biz böyük bir ziyana uğrayanlardan olacağıq" dedilər.