Yunus Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”.
Bünyadov-Məmmədəliyev:
(Müşriklərə) ayələrimiz açıq-aydın oxunduğu zaman (qiyamət günü haqq–hesab üçün) Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: “Bundan ayrı bir Quran gətir ya onu dəyişdir!” deyərlər. Onlara de: “Mən onu özbaşına (istədiyim kimi) dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Əgər Rəbbimə asi olsan, (müsibəti) böyük günün (qiyamət gününün) əzabından qorxuram”.
Elmir Quliyev :
Когда Наши ясные аяты читают тем, которые не надеются на встречу с Нами, они говорят: "Принеси нам другой Коран или замени его!" Скажи: "Не подобает мне заменять его по своему желанию. Я лишь следую тому, что внушается мне в откровении, и боюсь, что если я ослушаюсь Господа моего, то меня постигнут мучения в Великий день".
Ələddin Sultanov:
(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman: “Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” - deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”.
Kerbelayi Malik ağa:
Onlara ayələrimiz dəlillərlə oxunduğu zaman Bizə təslim olmağı diləməyən kəslər belə dedi: ‘Bizə bundan başqa bir Quran gətir ya Onu dəyişdir.’ De ki: ‘Onu özbaşıma (bir şey) əlavə edib dəyişdirə bilmərəm. Mən ancaq mənə vəhy olunana tabe olaram. Əgər Rəbbimə asi olsam şübhəsiz ki, mən böyük günün əzabından qorxaram.’
Ələsgər Musayev:
Onda ki, Bizim aydın ayətlərimiz onlar üçün tilavat edilir, dedilər o kəslər ki, yoxdur müraciətləri Bizim görüşümüz üçün,: «Gəl Qur’an ilə, bundan qeyri, ya onu dəyişdir!» De: «Mənə olmaz ki, öz tərəfimdən onu dəyişdirim. Mən tabe oluram, ancaq mənə öyrədilənə. Həqiqətən, əzəmətli günün əzabından qorxuram ki, Rəbbimə asi olam».
A.Mehdiyev və D.Cəfərli:
Bizim aydın ayələrimiz onlara oxunan zaman, Bizə qovuşacaqlarına ümidi olmayan (məadı inkar edən) kəslər «bundan başqa bir Qur’an gətir, ya onu dəyişdir» (məsələn, onun bəzi ayələrini surələrini çıxart, orada şirkin haramlığından, bütlərin pislənməsindən, Qiyamətdən, murdarın qumarın haram olmasından bir şey olmasın) deyərlər. De: «onu(n hamısını, ya bəzisini) özbaşıma dəyişdirmək mənə yaraşmaz (buna) mənim haqqım qüdrətim yoxdur. Mən yalnız mənə vəhy edilən şeyə tabe oluram. Şübhəsiz, əgər mən Rəbbimə qarşı itaətsizlik etsəm, böyük bir günün əzabından qorxuram.
Kövsər Tağıyev:
Ayələrimiz onlara açıq-aydın bir dəlil olaraq oxunduqda (öldükdən sonra) bizə qovuşmağı ummayanlar: “Ya (bizə) bundan başqa bir Qur`an gətir ya onu dəyişdir”, dedilər. De ki: “Mən onu öz istəyimə görə dəyişdirə bilmərəm. Mən ancaq mənə vəhy olunana tabe olaram. Əgər Rəbbimə üsyan etsəm, əlbəttə, böyük bir günün əzabından qorxaram”.
M.Qənioğlu və T.Bilaloğlu:
Açıq-aydın ayələrimiz onlara oxunanda Bizimlə görüşə ümid etməyənlər deyərlər: "Sən bizə bundan başqa bir Quran gətir, ya da onu dəyişdir". De: "Mənə onu özbaşına dəyişmək olmaz. Mən yalnız mənə vəhy olunmuşların ardınca gedirəm. Mən Rəbbimə qarşı çıxsam, böyük bir günün əzabından qorxuram".
Sabirə Dünyamalıyeva:
ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman, Bizə qovuşmaq ümidi olmayanlar: "Bundan başqa bir Quran gətir ya onu dəyişdir!" dedilər. De ki: "Onu öz düşüncəmlə dəyişdirmək mənim üçün mümkün ola bilməz. Mən, ancaq mənə Vəhy olunana tabe oluram. Rəbbimə asi olsam, həqiqətən böyük bir günün əzabından qorxaram."