Hud Surəsi 15. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Kim dünya həyatını onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik onlar orada zərər çəkməzlər.
Bünyadov-Məmmədəliyev:
Kim (axirətdən vaz keçib) dünyanı onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayış) elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. (Dünyada yaxşı işlər görüb etiqadı olmayan şəxsə axirətdə dünyəvi əməlləri heç bir fayda verməz. Çünki Allah ona dünyadakı yaxşı əməllərinin əvəzini elə dünyanın özündə verər).
Elmir Quliyev :
Тем, кто желает жизни в этом мире и ее украшений, Мы сполна воздадим за их поступки в этом мире, и они не будут обделены.
Ələddin Sultanov:
Kim dünya həyatını onun zinətini istəyərsə, onlara əməllərinin əvəzini orada tam verərik onlar heç bir haqsızlığa məruz qalmazlar.
Kerbelayi Malik ağa:
Kim dünya həyatını onun zinətini (bər-bəzəyini) istəyərsə, onların əməllərinin əvəzini orada onlara ödəyərik (verərik). Onların orada (əməllərinin əvəzi) əskildilməz.
Ələsgər Musayev:
Kim dünya həyatını onun zinətini istəsə, Biz verərik onlara əməllərinin mükafatını orada onların mükafatından bir şey əskik olmaz.
A.Mehdiyev və D.Cəfərli:
Biz (dini qəbul etməyib) dünya həyatını onun zinət bəzəyini istəyənlərin (gözəl rəftarları, pul xərcləmələri, ixtiraları müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud ilahi bəxşiş olmasından asılı olmayaraq) dünyada kamil surətdə onlara verərik dünyada onlardan əsla bir şey kəsilməz.
Kövsər Tağıyev:
Kim yalnız dünya həyatını onun zinətini istərsə, biz onlara etdiklərinin qarşılığını orada tam şəkildə ödəyərik. Onlar orada bir əskiklik görməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Kim bu dünya həyatını onun bərbəzəyini istəyirsə, onda Biz burada işlərinin əvəzini onlara tam ödəyəcəyik onlar burada məğmun edilməyəcəklər.
Sabirə Dünyamalıyeva:
Hər kim bəsit dünya həyatını zinətini istərsə, etdiklərinin əvəzini, heç bir şeyi əskiltmədən, burada tamam-kamal ona verərik. Onlar orada heç bir zərər çəkməzlər.