Əlixan Musayev:
(Elçilər) qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı.
Bünyadov-Məmmədəliyev:
(Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz döndərən və Allaha itaət etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı.
Elmir Quliyev
:
Они молили о победе, и каждый упорный притеснитель оказывался в убытке.
Ələddin Sultanov:
(Peyğəmbərlər Allahdan) zəfər istədilər. Hər bir təkəbbürlü inadkar isə ziyana uğradı.
Kerbelayi Malik ağa:
(Rəsullar) fəth istədilər və bütün zalım inadkarlar ziyana uğradılar.
Ələsgər Musayev:
Onlar fəth istədilər və
məhv oldu külli zor deyən, inadkar.
A.Mehdiyev və D.Cəfərli:
Və peyğəmbərlər (Allahdan) hökm, qurtuluş və zəfər istədilər, (yaxud) kafirlər Allahın əzabını istədilər və (nəhayət) haqqa düşmən olan hər bir itaətsiz təkəbbür sahibi naümid oldu və ziyana uğradı (və qırmızı ya ağ ölümlə küfr halında dünyadan getdi).
Kövsər Tağıyev:
Peyğəmbərlər Allahdan yardım istədilər və hər inadkar zalım ziyana uğradı.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [peyğəmbərlər] kömək istədilər. Heç bir inadkar zalımın ümidi doğrulmadı.
Sabirə Dünyamalıyeva:
Elçilər, fəth istədilər. Bütün inadkar dikbaşlar da ziyana, zərərə məruz qalıb əzab çəkdi.